Vertu-dan 10.000 dollar dəyərində ağıllı telefon!

Vertu-dan 10.000 dollar dəyərində ağıllı telefon!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Smartfon bazarına nəzər saldıqda bir çox iri firmaların rəqabət apardığını görə bilərik. Bu firmalardan biri olan Vertu öz xüsusiyyətinə görə digər brendlərdən fərqlənir. Beləki, Vertu məhz lüks telefon istehsalı ilə məşğuldur. Vertu istifadə edənlər bugünə qədər telefonun texniki parametrlərinə eyni zamanda əməliyyat sisteminə bir o qədər də önəm vermirdilər. Lakin bu dəfə Vertu tam 10.000 dollar dəyərində həm dizayn baxımdan həm də yüksək texniki göstəricilər baxımından üst səviyyəyə malik olan telefon istehsal etməyi planlaşdırır. "New Signature touch" adlanan bu yeni model əvvəlki modelləri texniki xüsusiyyətlərinə görə qabaqlayır. Vertu CEO-su Max Poliganın açıqlamalarına görə telefonun qiymətinin 10.000 dollar olması onun dizaynı və parametrləri ilə bağlıdır. Yeni model "New Signature touch"-ın internetdə olan şəkillərinə nəzər salsaq bu dəfədə İngilis istehsalçısının əl işi olan telefonunun çox zövqlü və heyrətamiz olduğun görə bilərik.Telefon Qualcom Snapdragon 810 octa-core yəni 8 nüvəli bir prosessora sahibdir. 4K video çəkmək gücünə malik 21 MP dəyərində arxa kamera, 64 gb daxili yaddaş və 5.2 inçlik ekran telefonda yerləşdirilmişdir. Telefonun ekranı safir kristaldan hazırlanmışdır yəni cızığa davamlıdır. Gövdə isə titanyumdan hazırlanıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qarşılayın! Microsoft Surface Pro 4!

Dolu dolu keçən Windows 10 tədbirinin bir digər qonağı da Surface Pro 4 oldu. Microsoft’un Window..


Android 6.0 Marshmallow çıxdı!

Google\'un ötən həftə etdiyi açıqlamada bu həftə gələcəyini açıqladığı Android 6.0 Marshmal..


Nexus həvəskarları! Qarşılayın! Yeni Huawei Nexus 6P!

Google bugün verdiyi açıqlama ilə Nexus LG və Huawei ilə ortaq çalışma nəticəsində ortaya..


Bionik beyin nədir? niyə ehtiyacımız var?

  Bionik beyin üzərində son illərdə bildiyimiz kimi bir sıra uğurlar əldə olunub. Bu uğu..


Gliese 438b planetinin xüsusiyyətləri.

Gliese 438b - planet öz qəribə xüsusiyyəti ilə seçilir. Gliese 438b Yer kürəsindən 22 dəfə ağı..


iOS 9-un bütün yenilikləri.

İntellektual funksiyalar ·Sizə lazım olan məlumatı əvvəlcədən sizə bildirmək.Məsələn bir şey..

×