
Videoblogger GTA V-də adi bombanı Galaxy Note ilə əvəz edib (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
@HitmanNiko adlı videoblogger GTA V oyunu üçün maraqlı mod hazırlayıb.
GTA V üçün yaratdığı modda
videoblogger adi C4 partlayıcısını Samsung Galaxy Note 7 smartfonu ilə əvəz
edib. Hazırlanmış modun videosunu blogger öz YouTube kanalında paylaşıb.
Videoda oyunun baş qəhrəmanlarından biri olan Maykl silah mağazasına daxil olub
partlayan Galaxy Note 7 smartfonlarını alır. Daha sonra o, smartfonları
avtomobillərin üzərinə atır və avtomobillər partlayırlar. Qeyd edək ki, "Samsung” şirkəti
Avqust ayının sonunda Galaxy Note 7 smartfonlarını partlama təhlükəsi səbəbi ilə
geri çaöğırmışdır. Şirkət smartfonlardakı batareyalarda olan problemin olduğunu
təsdiq edib onları digər smartfonlarla dəyişdirəcəyini söz vermişdir.
Linki kopyala
Həftənin xəbərləri

