Walt Disney şirkəti öz \'Star Wars" film seriyasını necə inkifaş etdirirsə Universal Pictures studiyası da "Fast and Furious" film seriyasını eləcə inkifaş etdirmək niyyətindədir. Hər-halda bu cür fikir film seriyasının prodüsseri və baş rol ifaçısı Vin Diiesel-in anonsundan bilinir. Belə ki, o "Fast and Furious" film seriyasının prequel və spin-off-larını anons edib.
"Bizim artıq hər bir personaj üçün süjet xətdimiz var. Biz bununla çoxdan məşqul oluruq. Bu çox dəyərli film seriyasıdır və biz onu müxtəlif yollarda inkişaf elətdirəcəyik" - deyə Vin Diesel bildirib. O tam dəqiq bildirməyib ki. hansı personajların öz solo filmi olacaq. Lakin güman etmək olar ki, ilk əvvəl söhbət Dwayne Johnson-un canlandırdığı personaj xəfiyyə Hobbs-dan gedir. Dwayne özü də əvvəllər qeyd edirdi ki, bu rolu tamamilə başqa bir filmdə canlandırmaq istəyir. Universal Pictures studiyası Vin Diesel-in sözlərini təsdiqləyib. Qeyd edək ki, "Fast and Furious 8" filmi 2017-ci ilin aprel ayında böyük ekranlara çıxacaq. Filmin rejissoru "Straight Outta Compton" filmini çəkmiş F. Gary Gray təyin olunub.
Şərh yoxdur