main-post-cover

    Vin Diesel-in baş rolda oynadığı "xXx : Return Of Xander Cage" filminin ikinci traileri

    Digər
    07.05.2017
    Orkhan Karimov

    Baş rollarını Vin Diesel və Donnie Yen-in paylaşdığı "xXx: Return of Xander Cage" (Yeni nəsil cəsus: Xander Cage-in Qayıdışı) filminin ikinci traileri yayımlandı.

    Rejisorluğunu D.J.Caruso-nun, ssenarisini isə John D.Brancato və Michael Ferrisin birlikdə yazdığı "xXx: Return of Xader Cage" filminin ikinci traileri təqdim edildi. Seriyanın üçüncü filmi, bir ekstrim həvəskarı ikən Dövlət casusuna çevrilən Xander Cage-in (Vin Diesel) özünü sürgünə göndərdikdən sonra alfa savaşçısı Xiang və komandası ilə birlikdə təhlükəli bir silahı ələ keçirmək üçün girişdiyi həyəcan dolu çarpışmalardan danışır. Özünü gözləmədiyi hadisənin içində  tapan Xander, bu təhlükəli vəziyyətdən sıyrılmağa çalışacaq.
    Baş rollarında Vin Diesel ilə "Ip Man" film seriyasından tanıdığımız Donnie Yen-in yer aldığı film, 27 Yanvar 2017 tarixində nümayişə girəcək. Filmin dünən gecə yarısı paylaşılan trailerinə aşağıdan baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər