main-post-cover

    Volkswagen Beetle modelinin istehsalını dayandıracaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Volkswagen şirkətinin rəhbərliyi Beetle modelinin istehsalını dayandıracaq. Məlumata əsasən bu 2018-ci ilin sonunda baş verəcək. Bunun səbəbi isə Beetle modelinə tələbatın az olmasıdır. Alman brendi öz diqqətini Avropada məşhurlaşan SUV modelində cəmləndirmək stəyir. Bu xəbər barəsində hələki rəsmi məlumat yoxdur. Beetle modelinin yeni versiyası hələ 1998-ci ildə stehsal olunmağa başlamışdır. İkiqapılı avtomobilin ikinci nəsil buraxılışı isə ilk dəfə 2011-ci ildə təqdim olunmuşdur. Yeni model 8 sm enli və 15 sm uzun idi. Beetle modeli 3 versiyaya ayrılır (1.2, 1.4 və 2.0 litr həcmli mühərrik). Versiyadan asılı olaraq avtomobillər 105-210 at gücünə malikdirlər. Keçən il isə Volkswagen Beetle Denim kabrioletini təqdim etmişdi. Bu modeldən 2000 ədəd istehsal olunmuşdu. Beetle Denim-in salonu süni dəri örtüklü idman oturacaqlardan ibarətdir. O 1.8 litr həcmli 4 silindrli mühərrik ilə təchiz olunmuşdur. Mühərrik isə öz növbəsində 170 at gücünə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər