Marc Lore, 2010-da Diapers.com-u Amazon-a satdıqdan sonra Amazon-a rəqib bir işlə sahələrə qayıtması 5-6 il qədər vaxt çəkmişdi. Jet.com adı ilə pərakəndə ticarətçilərin lokal obyektlərinə diqqət yönəldən Lore, startapını hələ Amazon-u düşündürəcək hala gətirməyib amma WalMartın diqqətini çəkməyi bacarıb.
Böyük bir logistika şəbəkəsi quraraq iş həcmini böyütməyə çalışan Jet.com, Wall Street Journal-ın xəbərinə görə WalMart tərəfindən satın alına bilər. WalMart-ın Jet.com üçün nə qədər büdcə ayırdığı məlum deyil amma mövzuya yaxın olan mənbələrin paylaşdıqları məlumata görə alış-veriş zamanı Jet.com-un qiyməti 3 milyard dollara qədər yüksələ bilər.
Amazon vs WalMart
54 illik fiziki ticarət keçmişinə sahib olan WalMart-ın birjalarda qiymətləri 2015 ilində ciddi bir eniş yaşamış və eyni zaman kəsiyində Amazon.com-un dəyəri həddindən artıq yüksəlmişdi. E-ticarətə ağırlıq verməyə başlayan WalMart, 2015 ilinin sonundan etibarən əldə etdiyi yüksəlişi davam etdirsə də Jet.com-u satın almağı işləri olduqca sürətləndirə bilər. Belə ki, Marc Lore sadəcə uğurlu bir e-ticarət startapçısı deyil, Amazon-u yaxından tanıyan və hətta ona rəqib olmağı xəyal edə bilən biridir.
WalMart-ın e-ticarət satışları keçən il 14 milyard dolları keçsə də bu ümumi satışlarının sadəcə 3%-i deməkdir. Sam Walton-un mirasçıları bu gəliri sürətlə artırmaq istəyərkən, Amazon-un keçən ilki gəlirinin 107 milyardı keçdiyini xatırlatmaqda da fayda var.
E-ticarətdə "təzə qan"
Wall Street Journal-ın paylaşdığı məlumatlara görə WalMart, e-ticarət satışlarını artırmaq üçün 2 milyard dollarlıq bir investisiyanı gözdən çıxarıb ki, bu büdcənin Jet.com-dan əlavə olan alış verişlər üçün istifadə edildiyini deyə bilərik. Son 9 aydır internet satışlarındakı sürətlənmələri azalan WalMart-ın yeni birşeylər etməyə ehtiyacı olduğu aşkardır. Həmçinin CEO Doug McMillon da bu vəziyyəti görür və həmlə etməyə hazır görünür.
Jet.com, New Enterprise Associates, Accel Partners, Fidelity Investments və Goldman Sachs Group kimi vacib investisiya şirkətlərindən yarım milyard dollar investisiya almışdı. WalMart isə son vaxtlarda WalMart Pay ilə ödəniş tərəfindən hücuma keçərək mənfəətini artırma yoluna girmişdi.
WalMart , Eytan Daniyalzade və Berk Atikoğlu-nun qurduğu Stylr adlı mobil alış-veriş tətbiqini satın alaraq müasir həlləri təqib etdiyini də göstərmişdi.
Baxaq görək bu rəqabət burulğanı içində Marc Lore-nin xəyalları WalMart ilə reallığa çevriləcəkmi...