WalMart, Amazon-u keçmə xəyalları quran Jet.com-u satın ala bilər

WalMart, Amazon-u keçmə xəyalları quran Jet.com-u satın ala bilər

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Marc Lore, 2010-da Diapers.com-u Amazon-a satdıqdan sonra Amazon-a rəqib bir işlə sahələrə qayıtması 5-6 il qədər vaxt çəkmişdi. Jet.com adı ilə pərakəndə ticarətçilərin lokal obyektlərinə diqqət yönəldən Lore, startapını hələ Amazon-u düşündürəcək hala gətirməyib amma WalMartın diqqətini çəkməyi bacarıb. 

Böyük bir logistika şəbəkəsi quraraq iş həcmini böyütməyə çalışan Jet.com, Wall Street Journal-ın xəbərinə görə WalMart tərəfindən satın alına bilər. WalMart-ın Jet.com üçün nə qədər büdcə ayırdığı məlum deyil amma mövzuya yaxın olan mənbələrin paylaşdıqları məlumata görə alış-veriş zamanı Jet.com-un qiyməti 3 milyard dollara qədər yüksələ bilər. 
 

Amazon vs WalMart 

54 illik fiziki ticarət keçmişinə sahib olan WalMart-ın birjalarda qiymətləri 2015 ilində ciddi bir eniş yaşamış və eyni zaman kəsiyində Amazon.com-un dəyəri həddindən artıq yüksəlmişdi. E-ticarətə ağırlıq verməyə başlayan WalMart, 2015 ilinin sonundan etibarən əldə etdiyi yüksəlişi davam etdirsə də Jet.com-u satın almağı işləri olduqca sürətləndirə bilər. Belə ki, Marc Lore sadəcə uğurlu bir e-ticarət startapçısı deyil, Amazon-u yaxından tanıyan və hətta ona rəqib olmağı xəyal edə bilən biridir.
WalMart-ın e-ticarət satışları keçən il 14 milyard dolları keçsə də bu ümumi satışlarının sadəcə 3%-i deməkdir. Sam Walton-un mirasçıları bu gəliri sürətlə artırmaq istəyərkən, Amazon-un keçən ilki gəlirinin 107 milyardı keçdiyini xatırlatmaqda da fayda var.
 

E-ticarətdə "təzə qan"

Wall Street Journal-ın paylaşdığı məlumatlara görə WalMart, e-ticarət satışlarını artırmaq üçün 2 milyard dollarlıq bir investisiyanı gözdən çıxarıb ki, bu büdcənin Jet.com-dan əlavə olan alış verişlər üçün istifadə edildiyini deyə bilərik. Son 9 aydır internet satışlarındakı sürətlənmələri azalan WalMart-ın yeni birşeylər etməyə ehtiyacı olduğu aşkardır. Həmçinin CEO Doug McMillon da bu vəziyyəti görür və həmlə etməyə hazır görünür.

Jet.com, New Enterprise Associates, Accel Partners, Fidelity Investments Goldman Sachs Group kimi vacib investisiya şirkətlərindən yarım milyard dollar investisiya almışdı. WalMart  isə son vaxtlarda WalMart Pay ilə ödəniş tərəfindən hücuma keçərək mənfəətini artırma yoluna girmişdi. 
WalMart , Eytan Daniyalzade Berk Atikoğlu-nun qurduğu Stylr adlı mobil alış-veriş tətbiqini satın alaraq müasir həlləri təqib etdiyini də göstərmişdi.

Baxaq görək bu rəqabət burulğanı içində Marc Lore-nin xəyalları WalMart ilə reallığa çevriləcəkmi...


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×