Keçdiyimiz günlərdə WalMart-ın bir e-ticarət startup-ı olan Jet.com-u satın ala biləcəyi barədə xəbər hazırlayıb, sizlərə çatdırmışdıq.
Bugün aldığımız məlumata görə WalMart, Jet.com-u 3 milyard dollara satın alacağını bildirib və Bazar ertəsi müqavilənin imzalanacağını vurğulayıb.
Jet.Com sadəcə 2 ilə yaxındır e-ticarət bazarında fəaliyyət göstərən bir şirkətdir. Əgər danışıqlar uğurlu baş tutsa bu satınalma, Amerika tarixindəki ən böyük e-ticarət şirkəti satınalması olacaq və keçən il QVC-nin 2.4 milyard dollara Zulily şirkətini satın alması rekordunu yeniləyəcək.
Marc Lore-un rəhbərlik etdiyi Jet.com - Amerikada bir ildir fəaliyyət göstərir və televizorlardan - ev əşyalarına qədər bütün məhsulların satışı ilə məşğuldur. Jet.com-un Walmart tərəfindən satın alındıqdan sonra da saytdakı idarə işlərində Marc Lore-un vəzifəli olacağı və həmçinin Walmart-ın online mağazasında da işləri əlinə alacağı bildirilir.
Bu satınalmanın WalMart ilə Amazon arasındakı rəqabəti necə alovlandıracağını görmək maraqlı olacaq.
Şərh yoxdur