"Warner Brothers" Öz Saytını Şikayət Etdi!

"Warner Brothers" Öz Saytını Şikayət Etdi!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Daha əvvəllər "Lionsgate”in etdiyi səhvi təkrarlayan "Warner Bros" öz saytı başda olmaqla, "Amazon" və "Sky Cinema" kimi platformaları "Google”a şikayət etdi. Film studiosu "Warner Brothers”, müəllif hüquqlarını pozduğunu səbəb göstərərək öz saytının, axtarış şəbəkəsi "Google"dan silinməsi tələbini irəli sürdü.

Eyni zamanda "Google”a, "Amazon” və "Sky Cinema” kimi firmalar tərədindən idarə edilən qanuni film izləmə saytlarının da bağlantılarının silinməsi istəyi göndərən "Warner Bros”, film məlumatlarının toplandığı IMDB-yə "VETO” çəkdi.


"Warner Bros”un bu istəyi hər ay minlərlə saytın bağladılması tələbini irəli sürən "Vobile” tərəfindən "Google”a çatdırılarkən, "Warner Bros” hələki mövzu ilə bağlı açıqlama verməyib. Firmanın öz-özünə tətbiq etdiyi bu maraqlı cəza siyasətinə ilk şərh də "Torrent Freak” adlı xəbər saytından gəldi və "Vobile”ın "səhvə yol verdiyi” dilə gətirildi.

"Warner Bros”un bu istəyində "Batman" və "The Matrix" kimi filmlərin rəsmi vebsayt bağlantılarının silinməsi də gözə çarparkən, lisenziyalı onlayn film izləmə portalları olan "Amazon” və "Sky Cinema” da müəllif hüquqlarını pozduğu səbəbi ilə şikayət edildi.

"Torrent Freak” yazarı Ernesto, "Warner Bros”un qanuni məzmunlara olan çıxışı çətinləşdirdiyi, insanları fərqli metodlara sövq etdiyini qeyd edərkən, "Təəssüf ki, bu tip səhvlər çox artdı” şərhini də əlavə etdi. Ernesto, daha əvvəl "Lionsgate” adlı film studiosunun da oxşar səhvi etdiyini və "Microsoft”un saytında olan "London Has Fallen" filmi üçün müəllif hüquqları pozuntusu şikayəti etdiyini bildirdi.

"Google”un şəffaflıq hesabatına görə "Vobile” bugünə qədər 13 milyondan çox bağlantının silinməsi üçün müraciət etmişdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×