main-post-cover

    Watch Dogs 2 rəsmi olaraq anons olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Ubisoft şirkəti nəhayət ki, öz məşhur oyunu Watch Dogs-un ikinci hissəsini təqdim etdi. Canlı yayım üzərindən şirkət oyunun ilk videosunu və məlumatlarını paylaşıb. Watch Dogs 2 oyununun baş qəhrəmanı Marcus Holloway adlı qara dərili oğlan olacaq. O oyunda mükəmməl hacker rolunu canlandıraraq DedSec hacker qruplaşması ilə birlikdə korrupsiya altında olan sistemə qarşı mübarizə aparacaq və ctOS 2.0 sistemini məhv etməyə çalışacaq. Verilən məlumata əsasən yeni oyunda böyük və dinamik open-world dünya olacaq. Həmçinin ikinci hissədə həm co-op həmdəki multiplayer rejimləri olacaq. Watch Dogs 2-nin hadisələri San-Fransisko şəhərində cərəyan edəcək. Oyundakı xəritənin əvvəlcədən tam açıq olacağı qeyd olunub. Oyunda baş verəcək hər bir görüş, hadisə oyunun hekayəsinə öz təsirini göstərəcək. Oyunçular baş qəhrəmanın xüsusiyyətlərini yaxşılaşdıra biləcəklər. Məsələn hacker xüsusiyyətlərini, stealth elementlərini, silahlar ilə davranmaq bacarığını və s. Bundan əlavə olaraq oyunda nəinki baş qəhrəmanın arsenalını hətda avtomobillərin, silahların və hackerlik üçün nəzərdə tutulmuş cihazları belə yeniləmək və istəyə uyğun ayarlamaq mümkün olacaq. Deyilənə görə studiya yeni oyunda hacking sistemi üzərində çox yaxşı çalışıb. İndi oyunçular nəyi və kimi istəsələr hack edə biləcəklər. Yenilənmiş hack sistemindən faydalanaraq oyunçular hansı hack üsulunun seçilməsində bilavasitə özləri iştirak edəcəklər. Watch Dogs 2 15 Noyabr 2016-cı il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər