Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək.
Digər
07.05.2017
Farid Pardashunas
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti "Telefonica Open Future” proqramının startaplar üçün
akselerasiya proqramı kimi bir hissəsi olan Wayra UK şirkəti ilə birlikdə Azərbaycanın
bütün gənc developer və sahibkarları üçün yeni bir imkan haqqında böyük məmnuniyyətlə
elan edərək, onları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak
etməyə dəvət edir.
Applab layihəsi innovasiyaların inkişaf etdirilməsini və Azərbaycanın
bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını
qarşısına məqsəd qoyur. Applab və Wayra UK şirkəti informasiya texnologiyaları
sahəsindən olan bütün yerli startapları öz ideyalarını təqdim etmək üçün
müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir. Seçilmiş ideyalar/layihələr
Applab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların
Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaqdır
İdeyalar 13 mart 2016-cı il tarixindən gec olmayaraq applab@bakcell.com ünvanına təqdim olunmalıdır.
"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və
texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər
çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş
icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz
ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri
üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər "Applab” layihəsi çərçivəsində
təqdim olunan 150-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi
yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.
"Applab” layihəsinin çərçivələri daxilində və xaricində bu cür yeni və
parlaq ideyaların meydana gəlməsini müşahidə etmək olduqca sevindirici haldır.
Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər
məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. Bakcell bu proqramları
yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı gənc istedadları təlimatlandırır,
onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını
aşılayır”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer
bildirib.
Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci
ilin sonlarından başlamışdır. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri
potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK qlobal sahibkarlıq
və innovasiya şəbəkəsi olan "Telefonica Open Future” proqramının startaplar
üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və
Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz
ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.
2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra
şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar
üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda
Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət
göstərir. Wayra "bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik,
elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi
kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənmişdir.
"Applab” icmasına qoşulmaq istəyən
gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan
keçməklə ideyalarını təqdim edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək