main-post-cover

    "Web" sayt hazırlamaq üçün hansı biliklər lazımdır? "Web" layihə necə hazırlanır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Rəqəmsal İqtisadiyyatın başlanğıcı məhz internetin yaranması və ilk "web" saytların ortaya çıxmasıdan yaranıb. Günümüzdə artıq milyonlarla internet səhifələri və "web" saytlar mövcuddur. Bu layihələri kommersiya məqsədli, informativ və qeyri-kommersiya məqsədli olmaqla bir neçə kateqoriyaya bölmək olar. Məqsədindən asılı olmayaraq bir "web" layihəni ərsəyə gətirmək üçün mütləq şəkildə development (proqramlaşdırma) biliklərinə sahib olmaq lazımdır.

    Bəs bir web layihəni necə ərsəyə gətirmək olar? Nələri bilmək yaxud öyrənmək sizə bu istiqamətdə kömək edə bilər?

    İlkin olaraq qeyd edək ki, hər hansı bir web sayt "CMS" modullar üzərində yaxud 0-dan developerin günlərlə çəkən əməyi ilə ərsəyə gətirilə bilər. CMS (Content Management System) adından da göründüyü kimi, məlumatın idarə olunması sistemidir. Hazırda dünyada bir çox məşhur CMS-lər mövcuddur. Bunlara hamımızın tanıdığı "Wordpress”, "Joomla”, "Prestashop”, "Drupal”, "ModX” və s kimi platformaları misal göstərmək olar. Bu sistemlərin köməyilə çox sadə kodlaşdırma biliklərinə sahib olmaqla "web” layihə yaratmaq mümkündür. CMS modullar sizə işləmək üçün hazır panel təqdim edir, siz müəyyən "template” (Hazır sayt şablonları) yükləməklə, CMS modullar ilə işləyərək, çox qısa zamanda öz saytınızı hazırlaya bilərsiniz. Şirkət səhifələri, xəbər saytları və bir səhifəli digər saytların böyük əksəriyyəti CMS modullar əsasında hazırlanır. Belə olan halda həm büdcəyə həm də əməyə qənaət etmiş olunur. Əlavə olaraq qeyd edək ki, CMS modulların ən öndə gələni və dünyaca məşhuru "Wordpress”dir. Dünyaca məşhur bəzi saytlar belə bu sistem üzərində hazırlanıb. Amma "Wordpress”in pulsuz və biznes versiyalarını qarışdırmamaq məsləhətdir. "Worpress” premium versiyada istifadəçilərinə yeni üstünlüklər və imkanlar təqdim edir. Qısacası kontentin idarə olunması sistemləri adından da göründüyü kimi özündə kontent daşıyan saytlarda daha çox istifadə olunur. CMS modulların əksəriyyəti açıq qaynaq kodludur və developerlərin əksəriyyəti bu sistemlərdə işləməyi deyil öz yazdıqları kodu üstün tuturlar.

    Gəldik əsas məsələyə bir "Web” layihəni hazırlamaq üçün "CMS” modullardan istifadə etmədən hansı biliklərə sahib olmaq lazımdır? Ümiyyətlə bir "web” sayt necə hazırlanır?

    Bir "web” saytı hazırlamaq haqqında danışırıqsa ilk öncə "front-end”"back-end”anlayışlarını aydınlaşdırmalı və fərqləndirməliyik. "Front-end” – ara üzü saytın istifadəçilər tərəfindən görülən hissəsidir, buraya saytın dizaynı və istifadəçilər tərəfindən görülən istənilən hissəsi daxildir. Bir saytın "Front-end” hissəsinin hazırlanması dizaynerin və "front-end” developerin əməyi sayəsində baş verir. Dizayner, qrafik dizaynlarda saytın xəritəsinə hazırlayır və "front-end” developer sözün həqiqi mənasında həmin dizaynları koda çevirir. Bəs bir dizaynı koda çevirmək üçün "front-end” developerin bilməsi lazım olan biliklər hansılardır? Bir "front-end” developerin heç nəyi bilməsə də öyrənməsi lazım olduğu iki əsas işarələmə dili varsa, bunlar "HTML və CSS”-dir. Bu sahədə işi daha irəli daşıyan "Front-end”çilər isə "HTML, CSS” ilə yanaşı işin içinə "javascript, jQuery” proqramlaşdırma dillərini də qatırlar. Adı çəkilən işarələmə və proqramlaşdırma dillərini necə öyrənə bilərik desəz, buraya daxil olub ətraflı məlumat ala bilərsiniz.
    İşin ən ağır və vaxt aparan hissələrindən biri layihənin "Back-end”nin hazırlanmasıdır.”Back-end” saytın alqoritmik ierarxiyasının inşasıdır. Hazır olmuş bir "Front-end” materialında əməliyyatların icrası və funksiyaların çalışması üçün "Back-end” kodlaşdırma lazımdır. "Back-end” kobud dildə desək aysberqin görünməyən tərəfidir. Riyazi və məntiqi ardıcıllıqlara əsaslanan kodlaşdırma, funksiya və alqoritmaların tərtibatı çox yüksək bilik və bacarıq tələb edir. Bəs "Back-end” developmentlə məşğul olan proqramçılar hansı dillərdən istifadə edir? Ümumilikdə dünyada kodlaşdırma üçün istafə olunan 20-dən çox proqramlaşdırma dili mövcuddur. Bunlar arasında ən çox istifadə olunanları "Java”, "PHP”,”C#”, ‘’Ruby”, "Phyton”, "Perl”, "javascript”, "C++”, "Swift” proqramlaşdırma dilləridir. Azərbaycanda isə ən çox yayılan proqramlaşdırma dili "PHP”dir və developerlərin əksəriyyəti bu dilə üstünlük verirlər. Qısacası proqramlaşdırma dili, bir developerin komputerə bir əməliyyatı necə həyata keçirmək istədiyini rəqəmsal dildə başa salmasını təmin edən xüsusi dildir. Bir "web” layihənin yaradılması üçün lazım olan "PHP”, "DMBS MySQL” və  Framework” istifadəsinin öyrənmək istəyirsinizsə buradan Azərbaycanda olan kursla tanış ola bilərsiniz. Əlavə olaraq qeyd edək ki, "Framework” və "MVC” anlayışlarını da fərqləndirmək lazımdır.
    "MVC” proqramlaşdırma dilinin obyekt yönümlü funksiyalarının optimal istifadə olunması üçün düşünülmüş standartlaşdırılmış strukturdur. "Framework” isə geniş istifadəyə verilmiş "MVC”-dir. "MVC” hər bir proqramçı tərəfindən tərtib edilə bilər, bunun əksi "Framework”lar isə bir proqramçı tərəfindən tərtib edilən və açıq paylaşılan, eyni zamanda daima inkişaf etdirilən "MVC”dir.
    Saytın hazır olandan sonra "web" layihəni istifadəçilərə təqdim etmək üçün Domen, Hostinq, Bulud Yaddaşları anlayışlarını bilmək vacibdir. Domen, qısacası saytın ünvanı hesab edilir. ".com, .az, .net, və s” kimi domenlərdə illik haqq ödəməklə saytınıza ünvan ala bilərsiniz. Yazdığınız kodların və məlumatların daima istifaçilərə əl çatan olması və domendə yerləşdirilməsi üçün lazım olan servis isə hostinq xidmətidir. Hostinqlər, iri həcmli yaddaş göstəricilərinə sahib olan komputerlərdən (serverlərdən) alınan yerlərdir. Məsələn, siz hansısa hostinq firmasından saytınızın məlumatlarını yerləşdirmək üçün yer ala bilərsiniz. Bəzən bir server daxilində bir neçə hostinq olur. İri firmalarda isə server daxilində hostinq sayı daha çox olur. Bunun üçün bəzi "web" sayt sahibləri Bulud yaddaşlardan istifadə edərək özlərinə xüsusi serverlər alırlar. Belə olan halda saytın işləmə sürəti və təhlükəsizliyi daha üst səviyyədə olur.
    Haqqında danışdığımız bütün bu məlumatları 0-dan öyrənmək və bir mütəxəssis kimi yetişmək istəsəniz, bu mövzuda da sizə faydamız dəyə bilər. Azərbaycanda fəaliyyətə başlamış Qlobal Akademiya olan STEP IT Akademiyasının yeni proqramı elan olunub. "Web layihələrin yaradılması və dizaynı” proqramın da yuxarıda haqqında danışdığımız bütün prosesslər tədris olunur. Kursu bitirməklə siz qlobal diploma da sahib olacaqsınız və ən əsası bir peşə sahibinə çevriləcəksiniz. Kursun proqramı ilə buradan ətraflı tanış ola bilərsiniz.
    Kursu bitirdikdə nələri öyrənəcəksiniz:
    Veb səhifələri HTML5/CCS3 + javascript texnologiyaları vasitəsi ilə tərtib etməyi
    CMS vasitəsi ilə sayt və portallar yaratmağı
    CMS üçün theme yaratmağı
    Saytı internetdə yerləşdirməyi
    Saytın düzgün işləməsi üçün veb serverin əsas sazlanmasını həyata keçirməyi
    PHP/MySQL vasitəsi ilə veb layihələndirmə ilə məşqul olmağı
    PHP/MySQL vasitəsi ilə veb tənzimləmək
    Saytın axtarış sistemlərində irəlilədilməsi və SEO prinsiplərini istifadə etməyi
    Layihələrin promotion etmək üçün SEO-dan düzgün istifadə etməyi
    javascript proqramlaşdırma dili və jQuery kitabxanasından istifadə edərək proqramlaşdırmağı
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər