Türkiyənin öndə gələn təşəbbüskarlıq saytı Webrazzi akselerasiya proqramını açıq elan edib.
Türkiyə, Azərbaycan və yaxın regionda kifayət qədər məşhur olan Webrazzi internet platforması əsasən startuplar, yeni bizneslər və şirkətlər haqqında məqalələr yayımlayır. Eyni zamanda Türkiyədə böyük web konfranslar və tədbirlər təşkil edən bu şirkətə maraq olduqca böyükdür. Az əvvəl rəsmi olaraq Ventures Webrazzi haqqında məlumat yayan sayt, yeni akselerasiya proqramını elan etmiş oldu. Yaradılan platformada artıq ideaları və hazır prototipləri olan təşəbbüskarlar akselerasiya üçün müraciət edə bilərlər. Əsasən beynəlxalq bazarı hədəf götürən layihələrə dəstək verilməsini ön plana çəkən təsisçilər, yerli layihələrin də qəbulunu məqbul sayır. Burada əsas diqqət edilən məqam layihənin MVP mərhələsində olmasıdır. Ventures Webrazzi qəbul etdiyi layihələrə aşağıdakı dəstəkləri verəcək:
1. 53.000 manat toxum investisiya (100.000 tl) Əlavə investorların cəlbi ilə bu məbləğ daha da artırıla bilər.
2. Webrazzi-nin təşkil etdiyi yerli və beynəlxalq konfranslarda VİP olaraq layihənizlə birgə iştirak etmək şansı.
3. Webrazzinin əməkdaşlıq etdiyi şirkətlərlə tanış olmaq imkanı və media dəstəyi.
Ofis, demo günlər, toplantılar verilən dəstəklərə əlavədir.
Bir daha qeyd edək ki, webrazzi akselerasiya proqramına MVP mərhələsində olan və investisiya almaq mərhələsinə çatmış layihələr qəbul olunur. Bundan əlavə məhsulu və prototipi hazır olmayan və ideya mərhələsində olan layihələr üçün isə ofis, komanda yığmaq və s. üçün şərait yaradılır.
Webrazzi həmkarlarımızdan aldığımız məlumata görə Azərbaycanlı təşəbbüskarlar da öz layihələri ilə müraciət edə bilərlər.
Şərh yoxdur