main-post-cover

    WhatsApp-a necə şifrə qoymaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çoxumuz WhatsApp-dan gündəlik istifadə edirik. Çox vacib məlumatlar, şəxsi yazışmalarımız burada yer alır. Ən əsas məsələ biz bu yazıların başqaları tərəfindən oxunmasından çox narahatıq. Bəzi dostlarımız var ki, telefeonu ona verdiyimiz zaman zarafat-zarafat deyib düz WhatsApp-a daxil olur. Bəzilərimiz telefonu klidə qoymuruq və buda belə halların yaşanmasını artırır. Bu yazımızda sizə telefonu kilidə qoymadan WhatsApp-ı kilidə qoymağın yolların öyrədəcəyik. Əvvəla Android platformasında bunun necə mümkün olacağı haqqında danışaq. Play Store-da yer alan tətbiqetmələr vasitəsilə siz çox rahatlıqla WhatsApp-ı parola qoya bilərsiniz. Bunun üçün Play Store-a daxil olub oradan Smart AppLock adlı tətbiqi yükləyirik. Bu tətbiq vasitəsilə istədiyiniz tətbiqi parola qoya bilərsiniz. Daha sonra tətbiqə daxil oluruq və bizdən şifrə istəyir. ilkin şifrə olaraq 7777 qeyd edirik. Daha sonra tətbiqin içərisindən settings<password-a daxil olub şifrəni dəyişə bilərik.
    Digər tətbiq isə Lock for WhatsApp tətbiqidir.Bu tətbiqin köməyilə siz sadəcə WhatsApp-ı parola qoya bilərsiniz. İstədiyiniz növ kilid ekranın seçib WhatsApp üçün tətbiq edə bilərsiniz.
    İOS platformasında çox təəssüf ki, belə tətbiqetmələr mövcud deyil, bu tip tətbiqlərin olmamasın apple təhlükəsizlik məsələləri ilə bağlı olduğu üçün qəbul etmir. Lakin siz apple cihazınızı jailbreak edərək Cydia yazdıqdan sonra tweaklər yükləyə bilərsiniz. Belə tweaklərdən BioProtect, Watusi, WhatsApp++ mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər