main-post-cover

    WhatsApp bəzi cihazlara verdiyi dəstəyi saxlayır (SİYAHI)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Bu həftə 7-ci yaşını qeyd edən WhatsApp, bəzi köhnə telefon və əməliyyat sistemləri üçün dəstəyini saxlamağa hazırlaşır.

    Yenilənən WhatsApp Blog açıqlaması ilə birlikdə BlackBerry və Nokia modellərinin dəstəyinin nə vaxt dayanacağı da məlum oldu.
    Ağıllı telefon bazarının illər içərisində dəyişikliyindən dəm vuran WhatsApp, ad günlərinin dəyişiklik üçün yaxşı bir fürsət olduğunu düşünür. Seçilən Android, iPhone Windows Phone modelləri üçün 2016-ci ilin sonuna qədər dəstək verəcəyini keçdiyimiz aylarda açıqlayan şirkət, Blackberry və Nokia üçün fərqli bir siyasət yeridəcək.
    Qurulduqları 2009-cu ildə istifadəçilərinin 70%-inin BlackBerry və Nokia markalı ağıllı telefonlardan gəldiyini qeyd edən WhatsApp, 2017-ci ilin İyun ayından etibarən BlackBerry OS, Blackberry 10, Nokia S40 və Nokia Symbian S60 modellərindən dəstəyini kəsəcək.
    Android 2.1 Eclair və 2.2 Froyo əməliyyat sistemlərini istifadə edən cihazların dəstəyini də saxlayacaq olan WhatsApp, Windows tərəfində Windows Phone 7 əməliyyat sistemini istifadə edən cihazlara dəstək verməyəcək. iPhone 3GS və iOS 6 üçün də dəstəyini saxlayacaq olan WhatsApp, açıqlamasında çətin amma düzgün bir qərar verdiklərini də vurğulayıb.
    Linki kopyala