main-post-cover

    WhatsApp-da bilmədiyiniz 5 əsas funksiya! Hər kəsə lazım.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Artıq rahatlıqla qeyd edə bilərik ki, WhatsApp həyatımızın ayrılmaz parçasına çevrilib. Bu sadə tətbiq bizim mobil ünsiyyət vasitəmizdir. Sevdiyimiz, yaxınlarımız və dostlarımızla WhatsApp vasitəsilə qısa zamanda əlaqə yarada bilirik. Lakin WhatsApp-da bəzi məqamlar var ki, bunlar sizi narahat edə bilər. İş adamları, vaxtı az olanlar üçün WhatsApp-ın bəzi funksiyaları narahat edici görənə bilər. Lakin bu problemləri kökündən həll etmək mümkündür. Xüsusilə sevgilinizlə bağlı WhatsApp üzərindən problem yaşayırsınızsa aşağıdakı məqamlara xüsusilə diqqət yetirin. Keçək əsas məsələyə, WhatsApp-ın settings bölməsində qarşınıza çıxamış ola bilən lakin çox faydalı funksiyalar mövcuddur.
     
    1. WhatsApp-da son görünmə tarixini gizləmək.
    Son görünmə tarixin görsənməsi sizi narahat edə bilər və bu tarixin görsənməsilə dostlarınız tərəfindən aqressiv münasibətlərlə qarşılaşa bilərsiniz. "online olub niyə cavab yazmırsan?", "məni saymırsan?", "kimlə danışırsan?" kimi suallar sizə yaxından tanışdır. Bunlardan birdəfəlik canınızı qurtarmaq üçün aşağıdakı əməliyyatları həyata keçirin:

    WhatsApp-ın settings bölümünə daxil oluruq.
    - "Account" menyusunu seçirik. Açılan pəncərədə "Privacy" seçirik.
    - Yeni menu-dan "Last seen"ə daxil oluruq. Burada 3 seçim imkanı mövcuddur.
    - "Everyone", "my contacts", "nobody" istəyinizə uyğun olaraq kimlərin sizin son online olma tarixini görüb görməyəcəyini müəyyən edə bilərsiniz.

     
    2. Qəbul olunan mesajın avtomatik "oxundu" olaraq işarələnməsi. 
    WhatsApp-a keçən il gələn yeni funskiyalardan biri də mesaj oxunan zaman işarənin göy olaraq qeyd olunması idi. Bu sizi məcbur edirdi ki, mesajı oxuduğunuz anda həmin məktuba cavab yazasınız. Əks halda olanları bilirsiniz. Qarşı tərəfdən gələn triplər və s. Bu vəziyyətdən azad olmaq üçün aşağıdakı əməliyyatı həyata keçirə bilərsiniz.

    WhatsApp-ın "settings" bölümünə daxil oluruq.
    - "Account" menyusunu seçirik. Açılan pəncərədə "Privacy" seçirik.
    - Son hissədə olan "read receipts" seçimini deaktiv edirik.
    Lakin qrup mesajları zamanı bu funksiya keçərli deyil.

     
    3. Avtomatik yükləmələri bağlamaq.
    Əgər mobile data istifadə edərək WhatsApp-a daxil olursunuzsa bəzən problemlərlə üzləşə bilərsiniz. Belə ki, WhatsApp istifadə etmədiyiniz halda mb-nız sərf oluna bilər. Hansısa nömrədən sizə media file gəlir və WhatsApp bunu avtomatik olaraq yükləyir. Xüsusilə qrup danışmalarında bu hallar tez-tez baş verir. Halbu ki, həmin şəkillər sizə heç lazım deyil. Bu vəziyyət sizi bezdiribsə dərhal aşağıdakı əməliyyatı həyata keçirin.

    WhatsApp-ın "settings" bölümünə daxil oluruq.
    - Açılan meuda "Chats and calls" seçirik.
    - Yeni menudan "Media auto download" xanasına daxil oluruq. Burada sizə lazım olan tənzimləmələri həyata keçirə bilərsiniz.

     
    4. Çat tarixcəsin təmizləmək.
    Aydındır ki, bəzən istifadəçilər telefonunda yaranan yaddaş problemlərindən şikayətlənirlər. Lakin bəzi istifadəçilər bilmir ki, WhatsApp tətbiq yükündən əlavə yaddaşa media file və yazışmala görə nə qədər yertutur. tarixcəni təmizləyib lazımsız filelardan can qurtarmaq üçün aşağıdakı əməliyyatları həyata keçirmək kifayətdir.

    - WhatsApp-ın "settings" bölümünə daxil oluruq.
    Açılan meuda "Chats and calls" seçirik.
    - "Chat history"-ə daxil olub sizə lazım olmayan məlumatları təmizləyə bilərsiniz.

     
    5. Yazışmaları bərpa etmək.
    Bəzən telefonumuzu fabrika ayarlarına geri qaytaranda yaxud WhatsApp-ı təmamilə siləndə əvvəl ki yazışmaları bərpa etmək ehtiyacı yaranır. Bu halla qarşılaşdığınız anda aşağıdakıları etmək məsləhətdir.

    - Google Drive hesabımızı aktivləşdiririk.
    WhatsApp-ın settings bölümünə daxil oluruq.
    Açılan meuda "Chats and calls" seçirik.
    - "Chat backup" seçərək bütün məlumatlarımızı "back up" vasitəsilə google drive-a yükləyirik. Beləliklə məlumatlar silinəndə yenidən bərpa etmək mümkün olur.


    Ümid edirik qeyd etdiyimiz məqamlar sizlər üçün faydalı oldu. Suallarınızla bağlı facebook səhifəmizə müraciət edə bilərsiniz. Bizə dəstək olmaq üçün yazılarımızı paylaşsaz məmnun olarıq. Təşəkkür edirik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər