main-post-cover

    WhatsApp-da qızlara qarşı edilməyəcək 5 davranış.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məşhur mesajlaşma platforması olan WhatsApp-dan demək olar ki, hər gün hər saat istifadə edirik. Kimi dostları, kimi sevgilisi, kimi isə ailəsi ilə bu tətbiq üzərindən əlaqə yaradır. Bu yazımız əsasən WhatsApp-dan istifadə edən cütlüklərə maraqlı olacaq. Sadalayacağımız 5 davranışı xanımlara qarşı etməyinizi məsləhət görmürük.

    1. Siz siz olun WhatsApp-da xanımla mesajlaşan zaman cümlənin sonuna nöqtə qoymayın. Bitmiş bir fikiri ifadə etməyinizi sübut etmək məqsədilə qoyduğunuz bu nöqtə başınıza sözün əsl mənasında oyun aça bilər. Sosial mesajlaşma platformalarında aparılan araşdırmalara görə, yazılan cümlənin sonunda nöqtənin qoyulması aqressiyanı ifadə edir. Sonra nöqtə qoydum niyə sevgilimdən ayrıldım deməyəsiz deyə bu hərəkəti etmək məsləhət deyil. 


    2. WhatsApp-da xanımla mesajlaşan zaman xanım mesaj yazananda siz də eyni anda mesaj yazmayın. Xanımın "typing" olduğunu görüb sizin mesaj yazmağınız qarşı tərəfin yazmağı dayandırmasına səbəb ola bilər. Bu hərəkət isə öz növbəsində başlamayan bir eşqin bitməsinə səbəb ola bilər. Sən gözləyirsən o yazsın, o gözləyir sən yazasan. Yəqin, çoxlarınızın başına bu hadisə gəlib.


    3. Son mesajı həmişə sən yaz. Qarşı tərəf adi bir emosiya göndərsə belə WhatsApp mədəniyyətində hələ qədim zamanlardan formalaşmış bir adət var. Son mesajı kişi tərəfi yazmalıdır. Əks halda bu, qarşı tərəfin sizdən inciməsinə, onun mesajının cavabsız qalmasına səbəb ola bilər. Növbəti dəfə mesaj yazanda əmin olun ki, bu nüans sizin üzünüzə vurulacaq.


    4. "Göy quş" - bu yenilik ilə Mark bütün sevgili tərəfləri zibilə saldı deyə bilərik. Çalışın mesaj gələn zaman əgər onu cavablandırmayacaqsınızsa bildiriş panelindən həmin mesajı oxuyun və qətiyyən mesajı açıb "quş"lamayın. Yəni, bu halda qarşı tərəfin ekranında "göy quş" bildirişi görünəcək, bu da gələn yeni bəlanın xəbərçisidir deyə bilərik.


    5. ":)" emosiyası - Qeyri səməmi sifət quruluşuna sahib olan bu emosiyadan sevgili tərəflər əsasən biribirilərilə sətiraltı mübahisə edən zaman istifadə edirlər. Hələ söz soxmaq üçün istifadə olunan bu ";)" emosiyadan istifadə etsəniz olanlara görə bir neçə gün sevdiyiniz insandan ayrı qala bilərsiniz.




    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər