WhatsApp-dan 2 əla yenilik! "mention" sistemi WhatsApp-a gəlir!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Twitter-in əlaqə üçün istifadə etdiyi "mention" sistemi indi də WhatsApp-a gəlir.
Bildiyimiz kimi, twitter sosial şəbəkəsində bizə maraqlı olan insanı axtarışa verən zaman, onun adnın əvvəlinə "@" əlavə edərək rahatlıqla tapa bilirik. Bu cür faydalı funksiyanı yaxın zamanda WhatsApp-da istifadə etmək mümkün olacaq. Beləliklə, axtardığınız adamın adın, soyadın daxil etmədən birbaşa istifadəçi adının önünüə "@" əlavəsini etməklə asanlıqla tapa biləcəksiniz.
WhatsApp-da bu xüsusiyyət necə istifadə olunacaq?
Bildiyimiz kimi xüsusilə qızların və tələbələrin daha çox istifadə etdiyi WhatsApp qruplarında köhnə, arxada qalmış və sizə maraqlı olan mesajları tapmaq çox çətindir. Sırf bu səbəbdən WhatsApp mütəxəssisləri (facebook mütəxəssisləri də deyə bilərik) "mention" funksiyasını əlavə etməyi test edirlər. Bunun sayəsində qrup danışıqları zamanı dostunuzu "mention" edərək daha sonra həmin şəxsin mesajı daha asan tapmasına kömək ola bilərsiniz. Hal hazırda testləri edilən bu xüsusiyyətin WhatsApp-a nə zaman gələcəyi hələ ki, bəlli deyil. Bundan əlavə qruplardan başqa şəxsi mesajlarma zamanıda bu funksiyadan istifadə edə biləcəksiniz.
Daha bir xüsusiyyət isə qrup linkləridir.
Qruplara əlavə etmək istədiyiniz başqa adamlar varsa və həmin adamların nömrələri sizdə yoxdursa yeni gələcək qrup linki funksiyası ilə həmin şəxslərin də qrupa qoşulmasına linkləri paylaşmaqla şərait yaradacaqsınız. Önümüzdəki günlərdə alpha və beta səviyyədə test üçün istifadəyə verilməsi gözlənilən yenilik uğurlu olarsa 2-3 ay ərzində tam versiyada istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ