main-post-cover

    Instagram-ın məşhur funksiyası bugün WhatsApp-a gəlir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünyadakı bütün tətbiqlərin "Snapchat"a oxşama prossesi sürətlə davam edir. Bu siyahıya daxil olan növbəti şəbəkə isə "WhatsApp" oldu və tətbiqə əlavə edilən hekayələr xüsusiyyəti bugündən etibarən aktiv olur.

    "Facebook"un bütün tətbiqləri bir-bir "Snapchat"a oxşamağa başlayır. Beləki, "Instagram"dan sonra indi də "WhatsApp"a da "Snapchat"dakı kimi hekayələr funksiyası əlavə edilir. Bugün gələcək yenilənmə ilə birlikdə artıq əvvəllər sadəcə mesaj və ya emosiyalar istifadə edilə bilinən status bölməsində, şəkillər və yazılarla hekayənizi paylaşa biləcəksiniz.
    "WhatsApp Status"un üstün tərəfi isə istədiyinizdə bağlaya bilmənizdir. Bundan başqa "WhatsApp" tətbiqinə gələcək bir yenilənmə ilə bütün istifadəçilərə təqdim olunacağını da bildirməliyik. Yəni bugün ərzində "WhatsApp" yeniləndikdən sonra tənzimləmələr bölməsinə baxmağınız sizin xeyrinizə olacaq.

    Təxmin edə biləcəyiniz kimi statusunuza şəkil, video ya da GIF görüntüləri əlavə edə bilər, müxtəlif emosiyalar dizaynlarla bu şəkilləri şəxsiləşdirə bilərsiniz. Bir status əlavə etdiyinizdə isə onu, 24 saat ərzində profilinizdə izləmək mümkün olacaq. Daha sonra isə yox olub gedəcək.
    Son olaraq da bu xüsusiyyətin də "görüldüsayğacına sahib olacağını bildirək. Beləliklə, status paylaşımlarınızın siyahısında neçə nəfərin gördüyünün siyahısını tuta biləcəksiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər