

"Apple", iOS 10 yayınlandıqdan sonra Siri-nin API-lərini təqdim etdiyi üçün, WhatsApp tətbiqində də Siri-nin istifadəsi mümkün olmuşdur.
Siri-nin WhatsApp üçün edəcəyi yeniliklərə nələr daxildir?
WhatsApp-dan zəng etmək istədiyimizdə Siri vasitəsi ilə səsli əmr verə bilərik!
Verilən məlumatlara görə, WhatsApp-ın tətbiq edəcəyi növbəti yenilik Siri ilə əlaqəli olacaq. Artıq Siri-nin köməyi ilə WhatsApp-dan da səsli mesajlar göndərmək mümkün olacaq. Məsələn, "Hey Siri WhatsApp-dan "x"-ə zəng et” dedikdə, Siri sizin, WhatsApp-dakı "x" kontaktınıza zəng edərək, əmrinizi yerinə yetirəcək.
Təxminlərə görə, Siri ilə, WhatsApp üzərindən mesaj da göndərə bilərsiniz. Eyni qayda ilə, "Hey Siri, mən gecikəcəm. "X"-ə mesaj göndər” əmri ilə , WhatsApp tətbiqini açmadan birbaşa mesaj göndərə biləcəksiniz.
Səsli assistant Siri-nin tətbiqlərə əlavə olunması, gələcəkdə istifadəçilərin həyatlarını asanlaşdıracaq. Bu işdə "Apple" ilk addımı atsa da, əlavənin daha çox yayılması, digər tətbiqlərin də Siri-dən istifadə etməsindən asılıdır.
Şərh yoxdur