WhatsApp Desktop rəsmi olaraq Mac kompüterləri üçün təqdim olundu
Sosial Media
07.05.2017
Farid Pardashunas
Dünyada milyonlarla insan məşhur messencer WhatsApp-dan istifadə edir.
Bugün Mac App Store online mağazasında sözügedən messencerin, Mac-lar üçün desktop versiyası təqdim olunub. Bu versiya, messencerin brauzer versiyasındakı
məhdudiyyətlərdən məhrum olub. Desktop versiya brauzer versiyadan istifadədə dəfələrlələ
rahatdır. Təkcə brauzeri işlək vəziyyətdə qoyub və onda çat bölməsini axtarmaq
funksiyasının olmaması yeni insanları cəlb edəcək. Desktop versiyanın yeganə mənfi
cəhəti, onun smartfondan asılı olmasıdır. Belə ki, tətbiq güzgü rejimində işləyərək
smartfondakı ismarıcları əks etdirir. Yəni, smartfonsuz, tətbiq ayrıca çalışa
bilmir. Mac-da tətbiqin dizaynı maraqlı və rahat şəkildə tərtib edilmişdir. Bu
versiyada macOS istifadəçilərinə səsli zənglər, foto, video və sənəd göndərmə
özəllikləri təqdim olunub. WhatsApp Desktop, OS X 10.9 əməliyyat sistemli Mac
kompüterləri üçündür. Tətbiqi burdan yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)