WhatsApp Desktop rəsmi olaraq Mac kompüterləri üçün təqdim olundu

08.05.2017 0 PAYLAŞIM 5300 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyada milyonlarla insan məşhur messencer WhatsApp-dan istifadə edir.

Bugün Mac App Store online mağazasında sözügedən messencerin, Mac-lar üçün desktop versiyası təqdim olunub. Bu versiya, messencerin brauzer versiyasındakı məhdudiyyətlərdən məhrum olub. Desktop versiya brauzer versiyadan istifadədə dəfələrlələ rahatdır. Təkcə brauzeri işlək vəziyyətdə qoyub və onda çat bölməsini axtarmaq funksiyasının olmaması yeni insanları cəlb edəcək. Desktop versiyanın yeganə mənfi cəhəti, onun smartfondan asılı olmasıdır. Belə ki, tətbiq güzgü rejimində işləyərək smartfondakı ismarıcları əks etdirir. Yəni, smartfonsuz, tətbiq ayrıca çalışa bilmir. Mac-da tətbiqin dizaynı maraqlı və rahat şəkildə tərtib edilmişdir. Bu versiyada macOS istifadəçilərinə səsli zənglər, foto, video və sənəd göndərmə özəllikləri təqdim olunub. WhatsApp Desktop, OS X 10.9 əməliyyat sistemli Mac kompüterləri üçündür. Tətbiqi burdan yükləyə bilərsiniz.