drzeka zeka kartları

WhatsApp dostlarınızı qarabaqara izləyə biləcəyiniz tətbiq - WhatsStats

08.05.2017 0 PAYLAŞIM 11232 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

WhatsApp üçün hazırlanan tətbiqlər arasına bir yenisi daha əlavə olundu. WhatsStats tətbiqi listinizdə olan bütün insanlar haqqında sizə geniş informasiya verir.
 
Keçən il əfsanəvi bir şəkildə yayılan və WhatsApp üçün hazırlanmış olan WhatsDog tətbiqi kifayət qədər məşhurlaşmışdı. İstədiyiniz adamın online olub olmadığını göstərən bu tətbiq artıq Google Play Store 'da yer almır. Lakin təəssüflənməyə dəyməz, sözü gedən tətbiqi əvəz edən hətta ondan daha çox imkanlar təklif edən yeni tətbiq WhatsStats, WhatsDog-u məharətlə əvəz edə bilir.
 
Tətbiqin istifadəçilərə verdiyi məlumatlar o qədər çoxdur ki, az qalsın izlədiyinizi adam nəfəs aldığı zamanda sizə bildiriş gəlsin. Son görülmə tarixi, online olub olmaması, gün ərzində nə qədər müddət online olması, WhatsApp-da hansı statuslardan istifadə etməsi, hansı profil şəkillərin qoyması və bir çox məlumatları sizə dəqiq bir şəkildə çatdırır.



iOS platforması üçün bu kimi tətbiqlərin hazırlanması mümkün olmur. Bu mövzuda Apple çox həssasdır və gizlilik baxımından istifadəçilərin tərəfindədir. Android isə developerlərə hər cür imkan yaratmaqla seçilir.
Sözü gedən WhatsStatus tətbiqini bu linkə daxil olmaqla yükləyə bilərsiniz.