main-post-cover

    Whatsapp End-to End Encrytion şifrələmə nə deməkdir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp yeni təhlükəsizlik sistemi ilə istifadəçilər arasındakı ünsiyyəti "end-to-end encryption" üsulu ilə şifrələməyə başlayıb.

    Son zamanlarda artan təhlükəsizlik problemləri və məşhur FBI & Apple məhkəməsindən sonra WhatsApp xüsusi təhkükəsizlik sistemi yaratdı. Əslində gözlə görünən bir dəyişiklik olmasa da, iki nəfər arasındakı və ya qrup söhbətləri xüsusi üsulla şifrələnir. Open Whisper Systems ilə ortaq şəkildə yaradılan sistem ilə mesajlarınız sizdən və mesajlaşdığınız şəxsdən başqa heç kim tərəfindən oxuna bilinməyəcək. Yəni bu mesajları 3cü tərəf heç bir əlavə yardım vasitəsilə əldə edə bilməyəcək, hətta WhatsApp tərəfindən belə oxunması mümkünsüzdür.

    WhatsApp End-to-End Encryption Nədir?
    Bir neçə gün əvvəl demək olar ki, hamı proqramda sarı qutu içərisində bir mesaj aldı. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, artıq mesajlarınızın təhlükəsiz olduğu və sadəcə sizin görə biləcəyinizin mümkün olduğu bildirilir. Yəni belə izah edək: Dövlətlər, xakerlər, internet oğruları, kiber cinayətkarların, hətta WhatsApp'ın özünün belə sizin mesajlarınızı oxumağı üçün sizin telefonunuza ehtiyacı olacaq. Əlavə proqram və ya hər hansı bir üsulla sizin telefonuzuna girən insanlar sizin mesajlarınızı oxumaq istəsə, belə bir vəziyyətlə qarşılaşacaq;
    Məsələn, qarşı tərəfə "Necəsən, dostum?" kimi bir mesaj göndərmişik. Bu mesaj xaricdən "&85/+ *0t)@*_" şəklində kodlaşdırılmış bir mətn kimi görünəcək. Bunu açmaq demək olar ki, qeyri mümkündür və mesajın mahiyyətini bilmək üçün sizin telefonunuzun olması mütləq hala gələcək.

    Mesajımın End-to-End Encryption üsulu ilə Şifrələndiyini Bilməyin Üsulu
     
    Əgər siz bu sistemə əhəmiyyət verirsinizsə, bu sistemi yoxlamaq üçün də mexanizm mövcuddur. Söhbət pəncərəsində sarı qutuya toxumaqla "Təsdiqlə" variantını seçərək, və ya WhatsApp kontaktlarından yoxlamaq istədiyiniz insanın profilinə daxil olub, "Şifrələmə" yazan hissəyə basaraq qarşınıza çıxan QR kodu dostunuzun telefonunda skan edə bilər, və ya barkodun altındakı uzun kodu müqayisə edə bilərsiniz. Əgər bütün məlumatlar uyğundursa, deməli mesajlarınız qorunur. Bundan əlavə profildəki xüsusi hissədə qıfıl işarəsi vardır ki, o bağlıdırsa, deməli mesajlarınız təhlükəsizdir.

    WhatsApp End-to-End Encryption Xüsusiyyətinin İstifadə Olunduğu Cihazlar
    WhatsApp'ın bu xüsusiyyəti hələlik sadəcə Android, iOS və Windows Phone istifadəçilərinin proqramın son versiyasını istifadə edənlər üçün şamil olunur.
     
    Şifrələmə məsələsinin aktuallığı ABŞ-da Federal Təhlükəsizlik Xidmətinə (FBI) silahlı hücum etmiş California sakini Syed Farook-un iPhone cihazını yarmaq xahişilə Apple şirkətinə müraciət etdikdən sonra qabarıqlığı ilə ortaya çıxıdı. Şifrələnmə ilə bağlı Whatsapp bildirib: "İdeya çox sadədir, sizin mesajınızı yalnız ünvanladığınız adam və ya qrup oxuya bilər, başqa heç kimin həmin mesajı oxumaq imkanı olmayacaq. Nə kibercinayətkarların, nə hakerlərin, nə repressiv rejimlərin, nə də bizim”. FBI prokuroru James Baker, xəbərlərə görə, şifrələnməni tənqid edib: "Bu addım təhlükəsizlik orqanlarının işini çətinə salacaq", o, deyib. James Baker bu fikri Məxfilik Peşəkarlarının Beynəlxalq Assosiyasının sammitində bildirib.

    Linki kopyala