WhatsApp, Hekayəli status funksiyasından sonra gələn mənfi reaksiyalara görə Geri Addım atdı!
Sosial Media
07.05.2017
Farid Pardashunas
WhatsApp, keçdiyimiz günlərdə Snapchat və Instagramdakı hekayə xüsusiyyətini tərkibinə qataraq, sosial şəbəkədə həddindən artıq mənfi reaksiyalar almışdı. Şirkət, bu reaksiyalardan sonra geri addım ataraq "yazılı status” funksiyasını geri qaytarır.
WhatsApp,
keçdiyimiz həftənin sonlarında tətbiqin "status” hissəsini yeniləyərək eynilə Instagram və Snapchat-dakına oxşar bir xüsusiyyət əlavə etdi. Bu hissəyə "Hekayə”
xüsusiyyətini inteqrasiya edən WhatsApp, bu dəfə istifadəçilər tərəfindən sosial şəbəkələrdə
çox sərt tənqid edilmişdi. Reaksiyalar yenilənmənin gəldiyi gündən bəri bitmədiyinə
görə şirkətin bu xüsusiyyətlə bağlı geri addım atmağa niyyətli olduğu ortaya
çıxdı.
Gələn
xəbərlərə görə WhatsApp-ın bir sonrakı yenilənmə ilə yazılı status funksiyasını
təkrar aktiv edə biləcəyi deyilir. WaBetaInfo-nun Twitter səhifəsindən paylaşdığı məlumata
görə WhatsApp, "Tagline” adını verdiyi bu xüsusiyyətlə yazılı status paylaşımını geri gətirir.
Sızdırılmış məlumatlara görə istifadəçilər, yeni gələcək xüusiyyət
ilə eynilə əvvəlki kimi yazı ilə və emosiyalarla status əlavə edə biləcəklər. Tətbiqin beta ekran şəkillərinə baxdığımızda, yazılı status funksiyasında böyük bir dəyişiklik
edilməyəcək və yeni xüsusiyyət, bir neçə gün əvvəl gələn hekayə xüsusiyyətinin
yanında yer alacaq. İstifadəçilər, yeni xüsusiyyətə gizlilik tənzimləmələrindən lazımı dəyişiklikləri edə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)