WhatsApp, Hekayəli status funksiyasından sonra gələn mənfi reaksiyalara görə Geri Addım atdı!

WhatsApp, Hekayəli status funksiyasından sonra gələn mənfi reaksiyalara görə Geri Addım atdı!

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

WhatsApp, keçdiyimiz günlərdə Snapchat və Instagramdakı hekayə xüsusiyyətini tərkibinə qataraq, sosial şəbəkədə həddindən artıq mənfi reaksiyalar almışdı. Şirkət, bu reaksiyalardan sonra geri addım ataraq "yazılı status” funksiyasını geri qaytarır.

WhatsApp, keçdiyimiz həftənin sonlarında tətbiqin "status” hissəsini yeniləyərək eynilə Instagram Snapchat-dakına oxşar bir xüsusiyyət əlavə etdi. Bu hissəyə "Hekayə” xüsusiyyətini inteqrasiya edən WhatsApp, bu dəfə istifadəçilər tərəfindən sosial şəbəkələrdə çox sərt tənqid edilmişdi. Reaksiyalar yenilənmənin gəldiyi gündən bəri bitmədiyinə görə şirkətin bu xüsusiyyətlə bağlı geri addım atmağa niyyətli olduğu ortaya çıxdı.

Gələn xəbərlərə görə WhatsApp-ın bir sonrakı yenilənmə ilə yazılı status funksiyasını təkrar aktiv edə biləcəyi deyilir. WaBetaInfo-nun Twitter səhifəsindən paylaşdığı məlumata görə WhatsApp, "Tagline” adını verdiyi bu xüsusiyyətlə yazılı status paylaşımını geri gətirir.


 

Sızdırılmış məlumatlara görə istifadəçilər, yeni gələcək xüusiyyət ilə eynilə əvvəlki kimi yazı ilə və emosiyalarla status əlavə edə biləcəklər. Tətbiqin beta ekran şəkillərinə baxdığımızda, yazılı status funksiyasında böyük bir dəyişiklik edilməyəcək və yeni xüsusiyyət, bir neçə gün əvvəl gələn hekayə xüsusiyyətinin yanında yer alacaq. İstifadəçilər, yeni xüsusiyyətə gizlilik tənzimləmələrindən lazımı dəyişiklikləri edə biləcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×