main-post-cover

    WhatsApp, ikitərəfli təhlükəsizlik sistemini hamı üçün aktiv etdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp, ikitərəfli təhlükəsizlik sistemini hamı üçün aktiv etdi.

    Qeyd edək ki, sözügedən sistemin beta versiyası keçən ilin Noyabr ayında təqdim olunmuşdu. İkitərəfli təhlükəsizlik sistemi WhatsApp hesabını daha yaxşı qorumağa imkan verir. Bu funksiyanı aktiv edəndən sonra SIM nömrədən əlavə, aktivasiya üçün 6 rəqəmli şifrə tələb olunacaq. Bu şifrəni isə istifadəçi özü yaratmalıdır. Əgər istifadəçi nömrəni digər smartfona taxsa onda növbəti 7 gün ərzində şifrə olmadan WhatsApp üçün həmin nömrəni təsdiq edə bilməyəcək. Bu cür təhlükəsizlik sistemi WhatsApp istifadəçisinin məlumatlarını qorumaq üçün nəzərdə tutulduğu bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər