Whatsapp iOS versiyası yeniləndi

08.05.2017 0 PAYLAŞIM 5817 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Whatsapp, tətbiqin iOS versiyası üçün yenilənmə paylaşdı. Dünyanın ən məşhur anlıq mesajlaşma tətbiqi Whatsapp üçün gələn yeniliklərin detalları xəbərimizdə!

Android əməliyyat sistemində uzun bir müddətdir istifadə edilən bir xüsusiyyət də bu yenilənmə ilə iOS istifadəçiləri üçün aktiv edildi.

 

Whatsapp iOS versiyası ilə aktiv internet qoşulması olmayanda passiv vəziyyətə keçən "Göndər” düyməsi aktiv hala gəldi. Beləliklə internet bağlantınız olmadıqda mesajlarınızı yazıb göndərə bilərsiniz, aktiv internet bağlantısı gəldiyi zaman da mesajlar qarşı tərəfə çatdırılır.

Daha əvvəldən 10 şəkili bir dəfəyə göndərə bilərkən, bu yenilənmə ilə 30 şəkil və ya video göndərmək mümkün hala gətirildi. Son olaraq məlumat və yaddaş istifadəsi də daha funksional hala gətirildi.