main-post-cover

    Whatsapp üçün kiçik yeniliklər edilib!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Keçdiyimiz günlərdə aktiv istifadəçi sayı 1 milyardı keçən Facebook’un populyar mesajlaşma proqramı WhatsApp, qrup söhbət limitində önəmli dəyişiklik edib.
    WhatsApp’ın həm iOS, həm də Android versiyasında edilən bu dəyişiklik ilə qrup söhbət limiti 100’dən 256 nəfərə yüksəldilib. Beləliklə də bundan sonra daha böyük qruplar qurula biləcək və daha çox insanla ünsiyyət yaradılacaq.
    whatsapp_group_limit_increase_256_ndtv
     
    Bundan başqa Whatsapp Web servisi artıq yeni brauzer olan Edge brauzerini də dəstəkləyir. Artıq Microsoft istehsalı olan bu brauzerlə də veb səhifəsinə daxil olaraq QR kodu skan edib kompyuter üzərindən rahat şəkildə yazışa bilərsiniz. Əvvəllər Edge üzərinən veb servisindən istifadə etmək üçün fərqli fərqli üsullar olsa da, artıq rəsmi dəstək ilə bu üsullar da aradan qalxır.
    whatsapp_web_edge-640x484

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər