main-post-cover

    Whatsapp şikayət olunan istifadəçilər haqqında şok qərar verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Whatsapp, istifadəçiləri çox təəccübləndirəcək bir qərar verib. Artıq şikayət etdiyiniz istifadəçinin hesabını bağlatdıra bilərsiniz.
     
    WhatsApp, aldığı şok qərar ilə gündəmə gəlib. İlk istifadəyə verildiyi tarixdən bu günə kimi kiçik gizlilik problemləri olan Whatsapp, istəmədiyiniz hər nömrənin sizə yazmasını təmin edən və görməyi istəmədiyiniz narahatedici mesajlarla qarşılaşmanızı əngəlləyə bilmədiyi üçün bir sıra tədbirlər görməyə başlayıb. İlk öncə tətbiq daxili təhlükəsizlik tədbirləri çərçivəsində istifadəçini əngəlləmə və son görülmə vaxtını  qaldırma kimi həllərə gedən WhatsApp, şikayət edilən istifadəçilər haqqında daha ağır tədbirlər görməyə başlayıb.
     
    Əvvəl bu istifadəçilərin hesabını müvəqqəti olaraq əngəlləyən WhatsApp, bu xəbərdarlıqlara baxmayaraq etdiklərini davam etdirən istifadəçiləri daimi olaraq əngəlləməyə başlayıb.
    Telefon nömrələri ilə əngəlləmə prosesini həyata keçirən WhatsApp'ın xüsusilə əxlaqsız yazılar paylaşan istifadəçiləri daimi əngəlləyəcəyi ifadə edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər