WhatsApp təhlükəsizliyi daha da sərtləşdirir

WhatsApp təhlükəsizliyi daha da sərtləşdirir

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

WhatsApp iki addımlı sərt təhlükəsizlik sistemini təqdim etməyə hazırlaşır.

Ən sonuncu beta versiya bu funksiyanı özü ilə gətirir və digər istifadəçilər üçün də qısa zamanda aktivləşdiriləcək.

Qısaca olaraq, bu funksiya WhatsApp tətbiqini quraşdırarkən əlavə mərhələ olaraq 6 rəqəmli şifrə yazmağınızı tələb edir. Normalda WhatsApp quraşdırarkən nömrəni təsdiq etmək üçün mətn mesajı alırıq. Amma yeni funksiya telefonun həqiqətən sizə məxsus olduğunu aydınlaşdırmağa kömək edir.
İki addımlı qoruma sistemini aktivləşdirmək üçün "Tənzimləmələr” bölməsində "Hesab”a daxil oluruq və buradan prosesi başlatmaq üçün "Two-step verification”(İki-addımlı təsdiqləmə) variantını seçirik.
Buna baxmayaraq WhatsApp-ın sənədlərinə görə bəzi xəbərdarlıqlar var:



Əgər iki-addımlı təsdiqləmə sistemi aktivləşdirilibsə, sizin nömrəniz proqramdan istifadə tarixindən 7 gün ərzində təsdiqləmə şifrəsi olmadan yenidən təsdiq oluna bilməz. Hətta, siz şəxsi kodunuzu unutduğunuz və iki-addımlı təsdiqləmə funksiyasını deaktiv etmək üçün heç bir email təmin etmədiyiniz halda 7 gün ərzində nömrənizi təsdiq edə bilməzsiniz və WhatsApp-dan istifadə etmək mümkün olmayacaq.

7 gündən sonra WhatsApp nömrənizi yenidən şifrəsiz təsdiqləməyə icazə verəcək, amma bu zaman sizi gözləyən bütün yeni mesajlar, o cümlədən, bütün söhbət çatları silinəcək. Əgər sizin nömrəniz tətbiqdən istifadədən 30 gün sonra yenidən şifrəsiz təsdiq olunarsa, bu zaman proses zamanı hesabınız WhatsApp-dan silinəcək və yenidən yaradılacaq.

Bunların qarşısını almaq üçün funksiyanı aktivləşdirərkən email daxil etməyiniz məsləhətlidir. Bu ona görə vacibdir ki, yeni telefon aldığınızda və ya tətbiqi silib yenidən yazdıqca çətinlik yaşamayasınız. Və əmin olun ki, daxil etdiyiniz məlumatlar doğrudur. Çünki WhatsApp emailinizi daxil etdikdən sonra onu təsdiqləmək üçün sizə heç bir şey göndərməyəcək. Buna da səbəb olaraq, insanları narahat etmək istəmədikləri göstərilir.

Yuxarıda qeyd etdiyimiz kimi, hal hazırda funksiya Beta istifadəçilər üçün aktivdir. Yaxın müddətdə bütün istifadəçilər üçün də aktivləşdirilməsi gözlənilir.
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×