main-post-cover

    WhatsApp‚ video zəng funksiyasını aktiv etdi [Beta]

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    WhatsApp video zəng funksiyası nəhayət gəlir. WhatsApp, video zəng fuknsiyasını test proqramına qoşulan istifadəçilərə təqdim edib.

    WhatsApp üçün keçən ildən gündəmdə  olan video  zəng funksiyası təqdim edilmək üzrədir. WhatsApp istifadəçilərinin çoxdan platformaya daxil edilməsini istədiyi video zəng funksiyası, son yenilənmə ilə birlikdə WhatsApp beta test proqramında qeydiyyatda olan istifadəçilərdə aktiv olub.
     
    WhatsApp‚ video zəng funksiyasını aktiv etdi [Beta]


    Uzun müddətdir  ki‚ səsli zəng funksiyasını dəstəkləyən WhatsApp, video zəng funksiyasını son yenilənmə ilə tətbiqə əlavə etsə də, video zəng etmək istəyən istifadəçilər "Video zəngdən hal-hazırda istifadə etmək mümkün deyil” bildirişi ilə qarşılaşıblar. Hal-hazırda xidmətin muəyyən sayda istifadəçisi var.
     
    WhatsApp‚ video zəng funksiyasını aktiv etdi [Beta]


    WhatsApp video zəng funksiyasnın tezliklə butun WhatsApp istifadəçilərində aktiv olacağı gözlənilir. WhatsApp səsli zəng funksiyasını da  istifadəçilərn üçün yavaş-yavaş aktiv etmişdi‚  video  zəng  funksiyanın da bu formada təqdim ediləcəyini təxmin etmək olar.
     
    WhatsApp‚ video zəng funksiyasını aktiv etdi [Beta]


    Komputerlər üçün də tətbiq təqdim edən WhatsApp‚ tezliklə NFC işarələri, QR kodlarla qrup dəvanətməsi funksiyalarını da platformaya əlavə edəcək.
     
    Linki kopyala