

WhatsApp-ın kompüter versiyası üçün yenilənmə gəlib.
"Facebook” şirkəti Windows 10 əməliyyat sistemli kompüterlər üçün olan Messenger-lə yanaşı həmdə WhatsApp-ın kompüter versiyası üçün də yenilənməni təqdim edib. 0.2.2234 adlı yenilənməyə developerlər bir sıra yeniliklər əlavə etməklə yanaşı messencerin bəzi xətalarını da aradan qaldırıblar. Ən çox gözlənilən çatların axtarış sistemi funksiyası da bu yenilənməyə daxil edilib. Artıq istifadəçilər lazımi ismarıcı və ya telefon nömrəsini rahatlıqla tapa biləcəklər. Yenilənməyə daxil olan digər funksiyalar isə aşağıdakılardır.
- Yeni emosiyalar
- GIF animasiyaların seçilməsi və göndərilməsi düyməsi
- Göndərilmiş ismarıcların baxılması imkanı
- Çatdaxili axtarış sistemi
- Təkmilləşdirilmiş istifadəçi interfeysi.
Şərh yoxdur