main-post-cover

    WhatsApp\'ın yazı stili dəyişir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp'ın ən son yayımlanan Beta versiyasına qalın və italic yazı stilləri əlavə olunub.


     
    Facebook tərəfindən alınandan sonra yenilikləri ilə daima fərqlənən WhatsApp bu dəfə yazı stillərində yenilik etmək qərarına gəlib. Yenilənən WhatsApp'da istifadəçilər qalın və italic şəkildə mətnlər yaza biləcəklər. Beta versiyasında sınaq mərhələsində olan bu yeniliyin nə vaxt gələcəyi hələ ki, məlum deyil. Xatırlayırsınızsa, hələ Google Drive-a məlumatların yüklənməsi yeniliyi Beta versiyada test ediləndən 6 ay sonra WhatsApp'a əlavə olunmuşdu. Qısacası italic və qalın mətn yazma yeniliyi müəyyən qədər gecikə bilər.



    Bundan əlavə qalın və italic yazı stilləri ilə yanaşı, altı xətli yazma da mümkün ola bilər. Lakin bu haqda fikir söyləmək biraz tez olar. Görünən odur ki, WhatsApp istifadəçilərin mesajlarını daha əyləncəli vəziyyətə gətirmək istəyir. Eyni Microsoft Word'də olduğu kimi müxtəlif mətn yazma tipləri WhatsApp'a əlavə olunacaq.

    WhatsApp'ın beta versiyasına buradan nəzər sala bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər