main-post-cover

    WhatsApp\'a gələn son 8 yenilənmədən xəbəriniz varmı?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son günlərdə gələn yenilənmələr ilə WhatsApp'ın qazandığı 8 yeni xüsusiyyəti təqdim edirik.


    WhatsApp dünya miqyasında populyar olan tətbiqlər arasında ən çox yenilənmə alan və yeniliklərə qovuşan tətbiqlərdən biridir. Azərbaycanda da geniş istifadəçi kütləsi olan bu tətbiq son gələn yenilənmələr ilə daha funksional hala gəlib. Əlbətdə bu yeniliklərdən faydalanmaq üçün WhatsApp'ın son versiyası 2.12.51 qurulumunu yükləməlisiniz. İndi isə bu 8 yeniliyə birlikdə nəzər salaq.

    1. Videoları yaxınlaşdırın və tənzimləyin.

    Son yenilənmə ilə göndərilən videoları yaxınlaşdıra biləcəksiniz. Bundan əlavə youtube'da olduğu kimi üzən formada videoları izləmək mümkün olur.

    2. PDF sənədi göndərmək.

    Elektron kitab oxuayanlar üçün faydalı və lazımlıolan bu funksiya vasitəsilə siz PDF sənədlərini də WhatsApp üzərindən bölüşə bilərsiniz.

    3. Bulud vasitəsilə şəkil paylaşma.

    Şəkil paylaşmaq indi sadəcə telefonun qalereyasında olan şəkillər vasitəsilə olmayacaq. İstifadə etdiyiniz bulud servislerində olan şəkillərinizi də WhatsApp vasitəsilə paylaşa biləcəksiniz.

    4. Göndərilən linklər, sənədlər və mediya resurslarının ayrımı.

    WhatsApp'da bir söhbət pəncərəsində paylaşılan şəkillər, linklər və sənədlər artıq avtomatik olaraq çeşidlənir. Daha sürətli keçid etmək üçün sağ yuxarı hissədə mediaya daxil ola bilərsiniz.

    5. Silinən söhbətlərdə artıq ulduzlu mesajlar silinməyəcək.

    Bu günə qədər WhatsApp'da ulduzlu olaraq işarələdiyimiz mesajlar, həmin söhbət pəncərəsinin silinməsi ilə itirdi. Lakin artıq həmin söhbət silinsə belə ulduzlu mesajlarınız silinməyəcək.

    6. Gələn mediya resurslarının yükləmə tənzimləmələrini idarə etmək.

    Söhbət əsnasında gələn hər hansı media resursunun avtomatik olaraq mobil data vasitəsilə yüklənməsini istəmirsinizsə, settings-data usage seçimlərindən tənzimləmə edə bilərsiniz. Artıq yenilənmə ilə şəkil, video, səs, fayl tənzimləmələrini etmək mümkün olacaq.

    7. WhatsApp'ın test versiyasında gələn yenilikləri ilk olaraq siz yoxlayın.

    Bildiyimiz kimi WhatsApp'ın yeniliklərin əldə etmək üçün iTunes və Play Store'dan yeni versiyanı yükləmək kifayət edir. Lakin WhatsApp'ın test olaraq yayımladığı yeniliklərdən faydalanmaq istəyirsinizsə test versiyasını yükləyə bilərsiniz.

    8. Qalın və ilatik yazmaq.

    WhatsApp'a gələcək olan əsas yenilənmələrdən biri də məhz qalın və ilatik yazı çeşidləri olacaq. Hələ ki, test mərhələsində olan bu yeniliyin qısa zamanda təqdim olunması gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər