Whatsapp yeniliklər etməyə davam edir. Artıq bildirişləri bağlasanız belə mesaj alacaqsınız!
Sosial Media
07.05.2017
Farid Pardashunas
WhatsApp qısa zaman əvvəl təqdim etdiyi
qrup içində etiketlənmə xüsusiyyətini inkişaf etdirdi. Amma bu bir çoxlarının
ürəyincə olmaya bilər.
Qısa zamanda bir çox yeniliklərə imza atan WhatsApp,
bildiyiniz kimi qrup içində etiketləmə xüsusiyyətini istifadəyə vermişdi. Bu
xüsusi funksiya ilə siz bir adama yazmaq istədikdə ona private(şəxsi) deyil,
qrup içindən də "@" işarəsi qoyub, şəxsi seçərək yaza bilirdiniz. İndi isə WhatsApp
bu vəziyyəti dəyişdirərək etiketlənən şəxsə istəyindən asılı olmayaraq bildiriş
göndərəcək. Məsələn, siz hər hansı qrupda yer alırsınız və həmin gün aparılan
müzakirələr sizin xoşunuza gəlmir. Bunun üçün qrupu səssiz rejimə keçirib və
bildirişləri göstər seçimini etmirsiniz. Amma qrupda sizin cavab verməli
olduğunuz müzakirə gedir və siz hər şeydən xəbərsizsiniz. Buna görə də bu
yenilik tam sizin üçündür. Beləliklə, dostunuz, tanışınız sizi etiketləyir və
sizin qrup bildirişləriniz qapalı olsa belə, xüsusilə bir bildiriş gələcək və mövzuya
daxil ola biləcəksiniz. Təbii ki, bu vəziyyət mütamadi etiketlənmə ilə mənfi nəticələrə
də səbəb ola bilər. Amma bir çox hallarda müsbət hal sayıla bilər.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib