main-post-cover

    "WhatsApp"a mesajların mənbə olaraq göstərilmə funksiyası gəldi.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
     
     

    Hər ay bir yenilənmə ilə qarşımıza çıxan WhatsApp bu dəfə mesajlara "mənbə almaq" xüsusiyyətini əlavə edir.

    Facebook tərəfindən alınandan sonra daima yenilənən platforma öz istifadəçi kütləsini də artırmağa davam edir. Son olaraq WhatsApp-ın hərəkətli şəkilləri də dəstəkləyəcəyi haqqında məlumat vermişdik. Bu dəfə şirkət Beta versiya üçün növbəti yenilənməni təqdim edib. Sözügedən yenilənmə bizə "twitter"-dən yaxın tanış olan "quoted" xüsusiyyətidir. Bu yenilik vasitəsilə artıq sizə gələn mesajı həmin adama yenidən göndərə biləcəksiniz. Bunun üçün onu "screen" etməyə ehtiyac olmayacaq. Bu əsasən yazışmalarda yuxarıda qalan mesajları təkrar göndərmək yaxud nəyisə sübut etmək istəyəndə bizim köməyimizə çatacaq. Belə olan halda mesajın sahibi barədə məlumat da qarşı tərəfə ötürülür. (əsas yenilik də budur) Hal hazırda bütün istifadəçilərdə açıq olmayan bu funksiya yalnız WhatsApp 2.16.118 Beta versiyasında aktiv haldadır. Bu xüsusiyyəti maraqlı edən digər amillərdən biri də, mesajlarla yanaşı sizə gələn faylları da qarşı tərəfə yönəldə bilirsiniz.


     
    Linki kopyala