main-post-cover

    Whatsapp\'a gələn ən son yeniliklər. Necə istifadə etmək olar?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
     
    Facebook tərəfindən alınandan sonra yenilikləri ilə daima fərqlənən WhatsApp, bir çox yeni funksiya əlavə edib. 

    Əvvəl beta versiyada yayımlanan yeni yazı stilləri artıq əsas versiyaya da əlavə olunub. Yenilənən WhatsApp'da istifadəçilər qalın, italic və xətli formada mətnlər yaza biləcəklər. 
     
    Whatsapp'a gələn  ən son yeniliklər. Necə istifadə etmək olar?


    Qalın formada yazmaq üçün mətnin əvvəlinə və sonuna '*' simvolunu əlavə etmək lazımdır. Məsələn: *mətn*

    İtalic formada yazmaq üçün mətnin əvvəlinə və sonuna '_' simvolunu əlavə etmək lazımdır. Məsələn: _mətn_

    Xətli formada yazmaq üçün mətnin əvvəlinə və sonuna '~' simvolunu əlavə etmək lazımdır. Məsələn: ~mətn~
     
    Bundan əlavə yeni beta versiyasına da bir çox funksiya əlavə olunub.
     
     
    Whatsapp'a gələn  ən son yeniliklər. Necə istifadə etmək olar?
     
    Bildiriş bölməsində görünən mesaja elə bildiriş bölməsində, whatsappa daxil olmadan "Cavabla" butonuna toxunmaqla cavab vermək mümkündür. Bu zaman qarşınıza çıxan klaviatura, səs göndərmək üçün buton və emosiyalar sürətli şəkildə cavab yazmağınıza şərait yaradacaq. Bu yenilikdən istifadə edərək bütün mesajları açmaqdan canınızı qurtara bilərsiniz.
     
    Whatsapp'a gələn  ən son yeniliklər. Necə istifadə etmək olar?


    Bununla yanaşı qrup söhbətlərinizi daha asan formada idarə etməyinizə şərait yaradan yeni funksiya da əlavə olunub. Bu funksiya vasitəsilə  qrup söhbətinin profil şəklinə basılı tutaraq bəzi seçimlər edə bilərsiniz. Qrup bildirişlərini açmaq/bağlamaq, oxundu/oxunmadı kimi qeyd etmək və arxivə getmək və.s seçimlər arasındadır.
     
    Whatsapp'a gələn  ən son yeniliklər. Necə istifadə etmək olar?


    Bir digər funksiya isə söhbət əsnasında bir toxunuşla arxa planı dəyişdirmək funksiyasıdır. Əvvəlcədən təyin etdiyiniz tək rəngli arxa plan şəkillərindən birini seçmək üçün söhbət əsnasında barmağınızı sola sürüşdürməyiniz kifayətdir.

    Təbii ki, qeyd etdiyimiz funksiyaların hamısının əsas versiyaya əlavə olunacağını deyə bilmərik. Bildiyiniz kimi beta versiyası funksiyları test etmək üçündür.

    WhatsApp'ın beta versiyasına buradan nəzər sala bilərsiniz.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər