Whatsapp 'a gələn  ən son yeniliklər. Necə istifadə etmək olar?

Whatsapp 'a gələn ən son yeniliklər. Necə istifadə etmək olar?

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
Facebook tərəfindən alınandan sonra yenilikləri ilə daima fərqlənən WhatsApp, bir çox yeni funksiya əlavə edib. 

Əvvəl beta versiyada yayımlanan yeni yazı stilləri artıq əsas versiyaya da əlavə olunub. Yenilənən WhatsApp\'da istifadəçilər qalın, italic və xətli formada mətnlər yaza biləcəklər. 
 


Qalın formada yazmaq üçün mətnin əvvəlinə və sonuna \'*\' simvolunu əlavə etmək lazımdır. Məsələn: *mətn*

İtalic formada yazmaq üçün mətnin əvvəlinə və sonuna \'_\' simvolunu əlavə etmək lazımdır. Məsələn: _mətn_

Xətli formada yazmaq üçün mətnin əvvəlinə və sonuna \'~\' simvolunu əlavə etmək lazımdır. Məsələn: ~mətn~
 
Bundan əlavə yeni beta versiyasına da bir çox funksiya əlavə olunub.
 
 
 
Bildiriş bölməsində görünən mesaja elə bildiriş bölməsində, whatsappa daxil olmadan "Cavabla" butonuna toxunmaqla cavab vermək mümkündür. Bu zaman qarşınıza çıxan klaviatura, səs göndərmək üçün buton və emosiyalar sürətli şəkildə cavab yazmağınıza şərait yaradacaq. Bu yenilikdən istifadə edərək bütün mesajları açmaqdan canınızı qurtara bilərsiniz.
 


Bununla yanaşı qrup söhbətlərinizi daha asan formada idarə etməyinizə şərait yaradan yeni funksiya da əlavə olunub. Bu funksiya vasitəsilə  qrup söhbətinin profil şəklinə basılı tutaraq bəzi seçimlər edə bilərsiniz. Qrup bildirişlərini açmaq/bağlamaq, oxundu/oxunmadı kimi qeyd etmək və arxivə getmək və.s seçimlər arasındadır.
 


Bir digər funksiya isə söhbət əsnasında bir toxunuşla arxa planı dəyişdirmək funksiyasıdır. Əvvəlcədən təyin etdiyiniz tək rəngli arxa plan şəkillərindən birini seçmək üçün söhbət əsnasında barmağınızı sola sürüşdürməyiniz kifayətdir.

Təbii ki, qeyd etdiyimiz funksiyaların hamısının əsas versiyaya əlavə olunacağını deyə bilmərik. Bildiyiniz kimi beta versiyası funksiyları test etmək üçündür.

WhatsApp\'ın beta versiyasına buradan nəzər sala bilərsiniz.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×