main-post-cover

    Whatsapp\'a çox maraqlı yeniliklər əlavə olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp'a gələn son yeniliklə proqramda kiçik dizayn dəyişiklikləri olub.

    Whatsapp 2.16.143 nömrəli versiyasında kiçik dizayn və funksiya yenilikləri edib. Artıq qrup yaradarkən seçdiyiniz şəxsləri yuxarı hissədə xüsusi çərçivədə görə biləcəksiniz. Bununla da kimləri seçdiyinizi daha asan biləcəksiniz. Qrupların şəkillərini dəyişərkən, əvvəlki versiyalarda sadəcə bildirim kimi söhbət pəncərəsində görürdük. Son yenilikdən sonra artıq şəkili söhbət pəncərəsində də görə biləcəksiniz. Bundan başqa Rio olimpiadalarında olan idman növləri ilə bağlı yeni emojilər də əlavə olunub.


    Söhbət pəncərələrində də dizayn yeniliyi edən Whatsapp, özündə material dizaynı daha da təkmilləşdirib. Artıq sizə tanımadığınız bir şəxs yazdıqda, söhbət pəncərəsi boz rəng almır və aşağıdakı şəkildəki kimi sadə və eleqant görüntü ilə qarşınıza çıxır. Hər hansı söhbət pəncərəsində oxunmaya bütün mesajları keçib ən sonuncu hissəyə çatmaq üçün isə yeni "ox” əlavə olunub. Bildiyimiz kimi Whatsapp bəzi telefonları da artıq dəstəkləmir. Əgər sizing də cihazınız bu siyahıda olarsa, onda Whatsapp avtomatik olaraq sizə bildirəcək.

     

    Bundan sonra artıq zənglə bağlı bildirişlər də söhbət pəncərəsində görünəcək. Beləliklə, artıq söhbət pəncərələri bütün şəxslərə görə daha eleqant görünəcək. Bundan başqa Whatsapp `da axtarış bölməsində hər hansı sözü yazıb axtarışa versəniz, bütün nəticələr söhbət pəncərələri ilə qarşınıza çıxacaq.


    Bu xüsusiyyətlər hələ ki, Whatsapp Beta istifadəçilərində aktivdir. Amma yaxın zamanda bütün istifadəçilər üçün təqdim olunacaq.
     
    Linki kopyala