Səsli zəng funksiyasını təqdim etməsilə populyarlığını artıran WhatsApp haqqında yeni bir iddia irəli sürülüb. Son deyimlərə görə çox yaxında WhatsApp\'a video zəng funksiyası əlavə olunacaq.

SmartDroid saytının verdiyi məlumata əsasən yaxında WhatsApp ilə video zəng etmək mümkün olacaq. WhatsApp video zəng xüsusiyyətinin nə zaman gələcəyi ilə bağlı dəqiq vaxt verməyib. Amma gələn məlumatlara görə uzun müddətdir zəng funksiyası üzərində işləyən Whatsapp görüntülü zəngin olduqca yüksək data istifadə etməsi məsələsini minimuma endirməyə çalışır.
WhatsApp üçün video zəng istifadəyə verildiyi təqdirdə, xüsusilə, Skype, Hangouts və Facebook Messenger kimi rəqiblərinə meydan oxuyacaq.
Şərh yoxdur