main-post-cover

    Nəhayət! WhatsApp\'da görüntülü danışmaq dövrü başlayır.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Populyar mesajlaşma platforması olan WhatsApp nəhayət çoxdandır gözlənilən yeniliyi tətbiq etməyin bir addımlığındadır.

     
    Söhbət WhatsApp'da görüntülü danışıqlardan gedir. Sözügedən yenilik ilə WhatsApp birbaşa Skype'a böyük rəqib olaraq bazara yenidən daxil olacaq. Xüsusilə, Facebook aldıqdan sonra dayanmadan yenilənən bu mobil tətbiq 900 milyon istifadəçi sayına çatıb. Bu istifadəçilərin görüntülü danışıqlardan istifadə edəcəyini nəzərə alsaq artıq Skype üçün böyük təhlükənin yaranacağını rahat deyə bilərik. Ötən həftə ZIP fayllarının paylaşılması mümkün olan yenilik ilə istifadəçilərini sevindirən WhatsApp bu dəfə deyəsən görüntülü danışıq üzərində bir xeyli işləyib. Phone Radar'ın paylaşdığı bir ekran görüntüsündə WhatsApp'ın açıq aşkar görüntülü danışıqları test etdiyi aydın görülür. Yayılan məlumatlara görə WhatsApp çox yaxında 2.16.3.525 seriyalı versiyanı yayımlayacaq. Bu vesriya ilə birlikdə artıq istifadəçilər görüntülü danışmaq xüsusiyyətinə qovuşacaqlar. Bu da öz növbəsində son zamanlar Azərbaycanda geniş istifadə olunan İmu tətbiqinin də bazarının ölməsi deməkdir. WhatsApp'ın görüntülü danışığı nə dərəcədə uğurlu edəcəyi sual altındadır. Baxmayaraq ki, WhatsApp Call Azərbaycanda bir müddət problemlər yaşadı, ümid edək ki, bu yeniliyi ölkəmizdə rahat istifadə edə bilərik.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər