Dünyanın ən məhşur messengeri Whatsapp, iOS üçün yaxınlarda böyük bir yenilənmə təqdim edəcək. Onlar bu yenilənmə üzərində həftələrdir işləyir və biz sizə hazırda məlum olan yeniliklərlə tanış edəcik:
1. Apple Watch dəstəyi
Messenger artıq tam funksional şəkildə ağıllı saatları dəstəkləməyə başlayacaq
2. Yeni interfeys
Artıq proqramda iOS-da da Androiddə olduğu şəklə düşəcək.
3. Web versiya
Bildiyiniz kimi Android istifadəçiləri messengerin web versiyasından istifadə edə bilirlər. Yenilənmədən sora iOS istifadəçiləri üçündə bu funksiya aktiv olacaq
4. Yeni qiymət
Messenger abunəliyinin qiymətlərinidə yeniləyəcək. Yeni qiymətlər aşağıdakı kimidir:
1 illik - 0.89 avro
3 illik - 2.69 avro
5 illik - 4.49 avro
5. Görüldü kimi işarələmək
Siz artıq istədiyiniz mesajı görüldü/görülmədi kimi işarələməkdə sərbəst olacaqsız
6. Hər çat üçün müxtəlif parametrlər
Eynilikdən bezmisiniz? Elə sizə bu yeniliklə hər çat üçün ayrı siqnal səsi seçə bilərsiz. Beləliklə telefona baxmadan kimdən mesaj aldığınızı rahatlıqla bilə bilərsiniz.
7. Zənglər üçün ekonom rejim
Mobil internet üzərindən etdiyiniz zənglər artıq pulunuza qənaətli bir şəkildə həyatə keçiriləcək.