Nəhayətki, WhatsApp\'a yeni emosiyalar və emosiya qrupları əlavə olundu.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir müddət əvvəl ortaya çıxan yeni WhatsApp emosiyaları artıq rəsmi olaraq istifadəyə verilir.
Bir neçə il əvvəl mesajların həyatımızda önəmi necə idisə, indi həmin yeri WhatsApp tutur. Yəqin hamınız razılaşarsınız ki, WhatsApp'da istifadə etdiyimiz emosiyalar nə qədər önəmlidir. Fikrimizi və davranışlarımızı həmin an üçün olan hisslərimizi ifadə etmək üçün emosiyalar köməyimizə çatır. İndiyə qədər müxtəlif növ emosiyaları təqdim edən WhatsApp, bu mövzuda bazasını genişləndirir. 2.12.441 versiyası ilə WhatsApp yeni emosiya çeşidlərini və ən əsas emosiya qruplarını müştərilərinin istifadəsinə verir.
Yuxarıda gördüyünüz kimi emosiya qruplarını 8-ə çatdıran WhatsApp bir də son istifadə olunanlarla birlikdə bu qrupların sayını 9-a çıxarırb. Beləliklə, siz ünsiyyət qurduğunuz adama emosiyalarınızı ifadə etmək üçün daha çox smile'lardan istifadə edə bilərsiniz. Əgər sözü gedən dəyişikliklər hələ sizdə yoxdursa WhatsApp'ı yeniləməklə bu dəyişikliklərdən istifadə edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)