main-post-cover

    Wi-Fi sürətini 5 qat artırmaq üçün əla tətbiq: Wi-Fi Analyzer

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Wi-Fi sürətinizin 5 qat daha sürətli olmağını istəyirsinizsə, Android platforması üçün hazırlanan bu tətbiq çox işinizə yarayacaq.

    Əminəm ki, bir çoxunuz, Wi-Fi-in sürətindən məmnun deyilsiniz. Hər ay sizə vəd edilən sürət üçün pul ödəyirsiniz, ancaq vəd edilən sürətdən çox aşağı sürətlə qarşılaşırsınız. Buna görə internet provayderinizə əsəbləşməyin, çünki texniki problem olmadığı vaxtlarda problem əsasən istifadəçilərdə, yəni bizdə olur.

    Problem niyə bizdədir ?
     
    Modemi quraşdıranda fikir vermədiyimiz kiçik bir nüans, internet sürətinə çox təsir edə bilir. Modemi quraşdıranda internetiniz üçün ən ideal tezliyi seçməlisiniz. Əgər bunu təsadüfi seçimlə etsəniz modem bir çox tezlik arasından qabağına ilk çıxan tezliyi seçəcək və siz də bu seçilən tezlik vasitəsilə internetə qoşulacaqsınız. Wi-Fi Analyzer isə sizin üçün ən ideal tezliyi verən kanalı təyin edir. Kanalı təyin etdikdən sonra modem tənzimləməsinə daxil olub həmin kanalı tapıb aktiv etmək lazımdır.
     
    Wi-Fi sürətini 5 qat artırmaq üçün əla tətbiq: Wi-Fi Analyzer

     
     
    Buradan tətbiqi yüklədikdən sonra, aşağıdakıları ardıcıl tətbiq edin:
     
    Wi-Fi Analyzer’ı quraşdırıb açdıqdan sonra sol tərəfdə yerləşən göz işarəsinə, sonra da ‘Kanal Reytingi’ düyməsinə toxunun.
     
    Wi-Fi sürətini 5 qat artırmaq üçün əla tətbiq: Wi-Fi Analyzer


    Nida işarəsinə toxunduqdan sonra qoşulduğunuz Wi-fi-ı seçin.
     
    Wi-Fi sürətini 5 qat artırmaq üçün əla tətbiq: Wi-Fi Analyzer
     
     
    Açılan siyahıdakı ən yüksək xala sahib kanalı bir yerə yazdıqdan sonra, komputerinizdə modem tənzimləmələrinə daxil olun.
     
    Wi-Fi sürətini 5 qat artırmaq üçün əla tətbiq: Wi-Fi Analyzer

     
    Modem tənzimləmələrinə daxil olmaq üçün brauzerdə sayt adı yazılan yerə 192.168.1.1 yazıb enter düyməsini sıxın. Login və parol istəyəcək, login və parol adətən admin olur.

    Hər modemdə set-up menyusu fərqlidir, o görə də ‘Kanal’ ya da ‘Channel’ pəncərəsini tapın və bir az qabaq qeyd etdiyiniz kanalı aktiv edin.
     
    Bu əməliyyatları etməzdən qabaq Fast.com və ya Speedtest.net saytlarına daxil olaraq internet sürətinizi yoxlayın. Kanalı dəyişdirdikdən sonra internet sürətinizi bir daha yoxlayın və alınsa nəticəni screen edərək bizimlə paylaşın :)
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər