main-post-cover

    Wifi şifrənizin sındırılmasının qarşısın almaq üçün bunları edin!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq internetdən pulsuz faydalanmasıdır. Son zamanlar "dumper" və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizlərə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.
    1-ci addım: http://192.168.1.1/login_security.html linkinə daxil olursunuz.
    2-ci addım: açılan pəncərədə username və password xanalarına (hər iki xanaya)  "admin" yazırsınız.
    qeyd: əgər admin username və password-u vasitəsilə daxil ola bilmədinizsə, modeminizi sazlayan şəxslə yaxud provayderlə əlaqə saxlayıb məlumat əldə edin. ( username və password-u öyrənin)



    3-cü addım: daha sonra açılan pəncərədə "interface setup" panelinə daxil olun.
    4-cü addım: açılan menudan "wireless" bölməsinə daxil oluruq.


     


    5-ci addım: "use wps" seçimində "no" edirik.
    6-cı addım: daha sonra aşağıda "Pre-shared key" seçimindən istifadə etməklə wifi-nin parolun dəyişirik.
    7-ci addım: və bütün bu məlumatları yadda saxlamaq üçün aşağıda "save" düyməsinə klikleyirik.


    Beləliklə, artıq qonşulardan azad oldunuz! Rahat və komfortlu həyat! 

    Bizi izlədiyiniz üçün təşəkkür edirik. Mütəmadi olaraq məlumatlardan faydalanmaq üçün saytımızı ziyarət edin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər