main-post-cover

    WiFi sürəti problemini ortadan qaldıracaq cihaz: Google WiFi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google, Wi-Fi sürətini artıran Google Wi-Fi-ı tanıtdı

    Təşkil etdiyi Google Pixel tədbirində yeni Pixel telefonları ilə birgə bir sıra başqa cihazları da tanıdan "Google", Google Wi-Fi adı verdiyi yeni cihazını da təqdim edib.
    Cihazın əsas məqsədi Wi-Fi tutmadığı nöqtələrdə internet sürətini bərpa etmək və hər yerdə Wi-Fi-ın istifadəsinə şərait yaratmaqdır. Xüsusilə evimizdə rastlaşdığımız bu vəziyyətə Google Wi-Fi son qoymaq niyyətindədir. Eyni zamanda 5 GHz-ə qədər bir çox Wi-Fi şəbəkəsini dəstəkləyən Google Wi-Fi, avtomatik olaraq ən sürətli internet bağlantısı qura biləcəyiniz Wi-Fi-ya qoşulmağınıza şərait yaradır.

    Bir növ siqnal istiqamətləndirici olan Google Wi-Fi, xüsusilə ikimərtəbəli ev sahibləri üçün daha əlverişli ola bilər. Cihazın ABŞ üçün başlanğıc qiymətinin 129$ olması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər