main-post-cover

    WikiLeaks, CIA-nin gizli məlumatlarını "Apple"a verəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WikiLeaks saytı, CIA-nin hackerlərlə bağlı məlumatları "Apple” və digər şirkətlərə verməyə hazırdır.

    Bu barədə WikiLeaks-in təsisçisi Julian Assange bildirib. Onun sözlərinə görə müəyyən şərtlər çərçivəsində, hackerlərin istifadə etdikləri gizli sistemlər böyük şirkətlərə veriləcək. CIA-nin gizli proqram təminatlarından əlavə olaraq "Apple” şirkəti həmçinin sözügedən təşkilatın hackerlərinin istifadə etdikləri texniki tərəflərinin məlumatlarını da əldə edəcək. Bu isə öz növbəsində şirkətə, öz məhsullarının təhlükəsizliyini daha yaxşı təmin etməyə imkan verəcək. "Apple” bu təklifə hələ ki, heç bir reaksiya bildirməyib. Məlumata əsasən WikiLeaks, CIA-nin texniki tərəfləri barəsində daha çox məlumata sahibdir. Həmin məlumatların yaxın zamanda paylaşılacağı bildirilir. Bundan əlavə olaraq CIA də tənqid olunub. Belə ki, təşkilat bu cür məlumatların sızdırılmasının qarşısını ala bilməyib. CIA bu barədə heç bir fikir bildirməsə də Edward Snowden və digər mütəxəssislər, 2013-2016-cı illərdə sözügedən təşkilatın istifadə etdiyi hack üsullarının həqiqi olduqlarını təsdiq ediblər.
    Linki kopyala