main-post-cover

    WikiLeaks, CIA-nin messencerlər ilə insanları izlədiyi haqqında gizli sənədləri yaydı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Məşhur WikiLeaks saytı çox vacib bir məlumatı təsdiq edib.

    Belə ki, saytın verdiyi məlumata əsasən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Telegram, WhatsAppSignal messencerlərinin təhlükəsizliyini sındırmaq gücünə sahibdir. Ümumilikdə 6 Mart tarixində WikiLeaks saytında, Mərkəzi Kəşfiyyat İdarəsinin kiber kəşfiyyat şöbəsi və idarənin 2013-2016-cı illəri əhatə edən hacker fəaliyyəti haqqında 9000-ə yaxın gizli sənədlər paylaşılıb. Həmin məlumatlarda, sözügedən idarənin bir çox zərərli tətbiqlərdən və kənar sistem təminatlarının boşluqlarından istifadə etdiyi bildirilir. WikiLeaks-in məlumatlarına əsasən CIA əməkdaşları, WhatsApp, Telegram, Signal və Confide kimi messencerlərin təhlükəsizlik sistemlərini sındıraraq, istifadəçinin bütün ismarıclarını və audioyazılarını əldə edirlər. Bundan əlavə olaraq sənədlərdə qeyd olunur ki, CIA əməkdaşları həmçinin Windows, iOSAndroid sistemlərindəki boşluqlardan istifadə edərək insanları gizli şəkildə dinləyirlər. WikiLeaks bildirib ki, bu sənədlər bir vaxtlar hökümət üçün çalışmış hacker tərəfindən əldə olunub. CIA isə ənənəvi olaraq bu cür xəbərə fikir bildirməkdən imtina edib.
     
    Linki kopyala