
İnternetdə "Wikiverse” layihəsinə start verilib. Bu layihə məşhur və böyük "Wikipedia” ensiklopediyasını interaktiv 3D xəritəyə çevirir.

Sayta daxil olandan sonra istifadəçi klaviaturadakı oxların sayəsində həmin "bilik kainatı” xəritəsində istiqamətlənə, siçan vasitəsi ilə isə onun miqyasını dəyişə bilər. "Technote.az”ın "Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən Wikiverse proqramçı Ouen Kornes (Owen Cornec) tərəfindən yaradılmışdır. Wikiverse-də ayrı məqalələr ilə saytın bölmələri arasındakı əlaqə göstərilmişdir. Onlayn ensiklopediyanın özü böyük kürə şəklindədir. Ona daxil olan ulduzlar isə ayrı-ayrı məqalələr rolunda çıxış edirlər. Ulduzlar bir-birinə keçid yaradan yazılardan ibarətdir. 3D model xəritənin qurulması böyük resurs tələb edir. Buna görədə Wikiverse mobil cihazda bir qədər düz çalışmaya bilər. Bundan əlavə olaraq Wikiverse "Wikipedia”nı tam olaraq vizual əks etdirmir. O yalnız onun bir hissəsini (5% və ya 250.000 məqalə) ingilis dilində təqdim edir.
Günəş sistemi haqqında 10 maraqlı fakt